Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


19.10.2017  17:12 

Vergi müfəttişləri bunu da etdi - İnanılmaz dələduzluq





A+  A-

Vergilər Nazirliyinin əməkdaşları Şəmkir rayon sakini Musa Səfərovun adına sex açıblar. Daha sonra onun işçilərlə əmək müqaviləsi bağlamadığına dair akt tərtib ediblər. Qəribə görünsə də, həqiqət belədir.
Musa Səfərov İstiqlal.az-a hadisənin təfərrüatlarını yazıb:

"Bu yaxınlarda mənə məktub gəldi ki, guya mən Bakı tərəflərdə hardasa sex işlətmişəm və 16 nəfəri işə cəlb edib əmək müqaviləsi bağlamamışam. Sizi inandırım ki, mən heç o obyektin üzünü belə görməmişəm. Həmin adamlar heç məni tanımır. Mən heç bir sahibkarlıq fəaliyyəti göstərmirəm. Akt tərtib ediblər ki, guya mənimlə telefon əlaqəsi saxlayıblar. Aktda qeyd etdikləri nömrə mənə məxsus deyil. Onlar kiminlə danışıb necə danışıb bilmirəm? Mənim adımdan obyekt götürüb işlətməyi isə ümumiyyətlə heç kimə həvalə etməmişəm. Belə olan halda kimsə mənim adımdan istifadə edə bilməz. Əgər mənim adımdan istifadə edirsə, onda mənim etibarnaməm olmalıdır. Kimdir həmin şəxs? Bəlkə vergi orqanı bilir mənim xəbərim yoxdur?"

Musa Səfərov vergilər naziri Fazil Məmmədovdan məsələnin ciddi araşdırılmasını tələb edir. O, qeyd edib ki, artıq bir neçə dəfə Vergilər Nazirliyinə müraciət ünvanlayıb. Lakin cavab verilməyib. Bu dəfə nazirin özünə müraciət edib. "Cavab verilməsə, prezident İlham Əliyevə müraciət edəcəm", - deyə şikayətçi bildirib.

Musa Səfərovun vəkili Əziz Qənbərov da İstiqlal.az-a bildirib ki, Vergilər Nazirliyi hüquqlarını müdafiə etdiyi şəxsin müraciətlərini araşdırmayıb. Vəkil qeyd edib ki, Vergilər Nazirliyinin bu hərəkətsizliyi Vergi Məcəlləsinin 63-cü maddəsinin tələblərinə ziddir. "həmin maddənin tələblərinə əsasən vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir".

Xəbər 1088 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +