İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.09.2017  14:36 

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq





A+  A-

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelini açıqlayıb.
XəzərNews.az bildirir ki, bununla əlaqədar təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Modern.az-a yeni imtahan modelindəki həssas məqamları açıqlayıb.

Ekspert bildirib ki, imtahan iki mərhələli olacaq.

“Birinci mərhələ həm buraxılış (attestat) imtahanı olacaq həmdə kolleclərə, qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq üçün V qrup. Qəbul imtahanlarında 1-ci mərhələnin nəticəsi ikinci mərhələ ilə toplanacaq yekunda maksimum bal 700 bal olcaq (ehtimal 1-ci mərhələ 300 bal, 2-ci mərhələ 400 bal). Yenilik o demək deyil ki, artıq abituriyentlər Azərbaycan dilindən və xarici dildən imtahan verməyəcək. Əksinə bütün qrupların abituriyentləri birinci mərhələdə mütləq iştirak etməlidir və Azəbaycan dili və xarici dildən imtahan verəcəklər. Hətta əvvəlki illərin məzunları V qrupdan bu fənlər üzrə imtahan verdikdən sonra qəbul imtahanlarında iştirak etməlidilər”.

K.Əsədov qeyd edib ki, buraxılış imtahanları daha əvvəlki illərdə olduğu kimi sadə formatda olmayacaq.

“Daha ciddi və peşəkar suallardan tərtib olunacaq. Təhsildə repetitorların rolu danılmazdır. Yəni ali məktəblərə qəbul zamanı göstərilən nəticələr məhz onların fəaliyyətinin nəticəsidir.

Amma təhsili repetitorlardan asılı halda saxlamaq olmaz. Azərbaycan dili və xarici dil qəbul imtahanlarının ixtisas quruplarından çıxarılıb, amma qəbul imtahanının tərkib hissəsi və 1-ci mərhələsi olan hissədə var. Bu o deməkdir ki, bu fənnin müəllimləri yenə də repetitorluğa davam edəcəklər. Çünki bütün ixtisaslar 1-ci mərhələdə iştirak etməlidir. Yəni 1-ci mərhələ qəbul imtahanlarında iştirak etmək üçün məcburidir.

Ekspert deyib ki, ilkin vaxtlarda çoxları birinci mərhələnin asan və sadə olacağını düşünüb, imatahana ciddi yanaşmayacaq.

“Amma indidən bu mərhələyə xüsusi yanaşmaq və ciddi şəkildə hazırlaşmaq lazımdır. Çünki qəbul imtahanlarının azı 30-40 faiz balı bu mərhələdə toplanmalıdır. Qəbul imtahanları təkcə buraxılış və qəbul imtahanlarından ibarət olmayacaq. Esse və inşa kimi yeni qaydalar və əlavə mərhələdə tətbiq olunacaq”.


Xəbər 1763 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +