İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


26.09.2017  09:58 

Bakıda 20 yaşayış məntəqəsi üçün təhlükə





A+  A-

Bakıda və Abşeron yarımadasında təxminən 20 yaşayış məntəqəsi palçıq vulkanlarına yaxın ərazidə salınıb.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

Bu gün Azərbaycanda 400-dən çox palçıq vulkanın yerləşdiyini deyən N.Paşayev qeyd edib ki, palçıq vulkanlarının yerləşməsinə görə Azərbaycan dünyanın unikal ərazilərindən biri sayılır.

Onun sözlərinə görə, əvvəllər yaşayış məntəqələrinin hamısı palçıq vulkanlarından kənarda salınırdı. Ancaq son illər əhalinin Bakıya axınının nəticəsində insanlar vulkanların olduğu ərazilərdə də məskunlaşmağa başlayıblar.

N.Paşayev ətafında insanların yaşadığı vulkanlara misal kimi “Bozdağ Hökməli”, “Axtarma Qaradağ”, “Keyrəki”, “Bozdağ-Güzdək” , “Səngi-Muğan”ı və s. göstərib:

“Əslində, insanlar özləri də bilmədən odun üstündə ev tikir, məskunlaşırlar. Əhali yaddan çıxarır ki, palçıq vulkanları hansı təhlükəli hadisələr törədə bilər. Bu baxımdan əhalinin maariflənməsinə çox ehtiyac var”.

N.Paşayev qeyd edib ki, Keyrəki, Ceyranbatan su anbarının ətrafında yerləşən “Keçəldağ” vulkanı da fəaliyyətdə olan vulkanlardır.
Şöbə müdiri əlavə edib ki, Bakı-Sumqayıt magistral yolunun kənarındakı Xırdalan qəbiristanlığı "Zigilpiri" palçıq vulkanının üzərində yerləşir: “Həmin ərazidə də məskunlaşma çox geniş yayılıb. Yaxud Pirəküşkül qəsəbəsində Bakıdan Pirəşüklə gedən magistral yolun sol tərəfi bütünlüklə palçıq vulkanıdır. Orada hər yerdə püskürmüş palçıq vulkanlarının axınlarını görmək olar”.

N.Paşayev qeyd edib ki, neft-qaz çıxan ərazilərdə də çoxlu palçıq vulkanları var: "Palçıq vulkanları əslində ərazidən neft-qazın çıxmasını göstərən ən mühüm göstricilərdən biridir. O, barometr rolunu oynayır. Məskunlaşma zamanı bu, mütləq nəzərə alınmalıdır”.

N.Paşayevin sözlərinə görə, palçıq vulkanlarının ətrafında xüsusi mühafizə bəndləri çəkilməli, məskunlaşma məhdudlaşdırılmalıdır.

Xatırladaq ki, bu yaxınlarda Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə deyib ki, Bozdağ Hökməli vulkanının ətrafının yaşayış üçün çox təhlükəli olması hələ 10 il əvvəl açıqlanmışdı. Lakin bütün bunlara baxmayaraq, bu ərazidə evlər tikilib.

Ə.Qaralov bildirib ki, vulkanın ətrafında yamac boyu tikilən çoxsaylı evlərdə çatların yaranması prosesi başa çatmayıb, yəni proses aktiv fazadadır:

"Əgər yağışlar başlasa, sürüşmə prosesi daha da aktivləşəcək”.

Bu il iyunun 12-də "Keyrəki" palçıq vulkanında da püskürmə baş verib.

Xəbər 1015 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +