Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


18.09.2017  17:05 

MTRŞ kanalları tənqid etdi - “Sırf reytinq xətrinə…”





A+  A-

“Bir çox hallarda aparıcıların verilişlərdə qalmaqalların katalizatoru və təşkilatçısı rolunu oynamaları diqqəti cəlb edir. Müşahidələr göstərir ki, belə hallara daha çox əvvəlki dövrlərdə milli-mənəvi dəyərlərə riayət edilməməsi və ya digər qanun pozuntuları səbəbindən apardıqları verilişləri bağlanmış aparıcılar yer verir. Görünür, onlar baş verənlərdən dərs götürməyiblər”.
XəzərNews.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, həmin aparıcılar yenə də əvvəlki amplualarında qalıblar: “Onlar davranışları ilə yanaşı, nitqlərindəki problemlərlə də diqqəti cəlb edirlər. Qeyd edim ki, monitorinq qrupu tərəfindən bu cür hallar mütəmadi olaraq qeydə alınır, müvafiq hesabatlara salınır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu cür halların kütləvi şəkildə baş verməsinə imkan verilməyəcək”.

Şöbə müdiri qeyd edib ki, yeni yayım mövsümündə efirin ümumi mənzərəsi barədə tam fikir söyləmək bir qədər tezdir: “Lakin ilkin müşahidələr göstərir ki, yayımçılar əvvəlki mövsümdə efirə getmiş və özünü doğrultmuş layihələri davam etdirməklə yanaşı, bir sıra yeniliklərə də imza atıblar. Əlbəttə, bu, normaldır. Efirdə dinamikanın, yeniliklərin olması təqdirəlayiqdir. Lakin yeni efirə çıxan müzakirə xarakterli, bəzi şou verilişlərdə müşahidə olunan bir çox hallar təəssüf doğurur.

Belə ki, sırf reytinq xətrinə cəmiyyət üçün əhəmiyyəti olmayan mövzularda, məsələn, hansısa rəqqasə və prodüser arasında olan qalmaqal və bunun əsasında efirdə milli-mənəvi dəyərlərə zidd müzakirələrin açılması narahatlıq yaradır. Digər tərəfdən qalmaqallı şəxslərin tez-tez efirə dəvət edilməsi və hətta onlara aparıcılıq həvalə edilməsi və s. hallar başa düşülən deyil və bu, kanalın digər lazımlı verilişlərinə kölgə sala bilər”.

Xəbər 1218 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +