Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.08.2017  13:32 

Ağırtonnajlı avtomobillər üçün qoyulan tərəzilər – Rüşvət yeri, yoxsa…





A+  A-

Yollarda ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkətinə icazə verilsə də, müəyyən tələbləri pozma halları da müşahidə olunur. Belə ki, Tərəzi Nəzarət Məntəqələri fəaliyyət göstərdiyi halda, onların işlək vəziyyətdə olmadığı söylənilir.
İddialara görə bəzi ağırtonnajlı nəqliyyat vasitələrinə yükləri ilə birgə müəyyən məbləğ qarşılığında hərəkət etmələri üçün icazə verilir.

O zaman Tərəzi Nəzarət Məntəqələri necə fəaliyyət göstərir? Yollarda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət necə həyata keçirilir?

“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli açıqlamasında deyib ki, Tərəzi Nəzarət Məntəqələri haqqında deyilənlərin əsası yoxdur.
“İstər Bakı-Ələt-Qazax, istərsə də Bakı -Quba-Rusiya sərhəddində avtomobil yolu istiqamətlərində Tərəzi Nəzarət Məntəqələri fəaliyyət göstərir. Həmin məntəqələrdə normadan artıq yüklənmiş yük maşınları yoxlanılır. Əgər yükləri normadan artıqdırsa, elə oradaca boşaldılır.

Bu da yalnız yol-polisləri tərəfindən həyata keçirilir. “Azəravtoyol” ASC-nin əməkdaşlarının yük maşınlarını saxlamağa ixtiyarı yoxdur. Əgər hər hansı şübhə varsa, dərhal bizim Tərəzi Nəzarət Məntəqələrinə yönəldilir. Yük varsa, yerindəcə boşaldılır və yol polisi tərəfindən də qanuna müvafiq olaraq cəriməsi yazılır. Ondan sonra yük maşının yenidən hərəkətinə icazə verilir”.

Qurum rəsmisi deyir ki, Tərəzi Nəzarət Məntəqələrinin fəaliyyətinə şübhə edənlər proseslə iş başında tanış ola bilərlər.

“Əgər hər hansı bir sürücü bu işə şübhə ilə yanaşırsa və tərəzilərin düzgün işləmədiyini düşünürsə proseslə yerindəcə tanış ola bilər.
Yol polisi tərəfindən saxlanılan hər hansı bir sürücü tərəzinin düzgün işləmədiyini deyə bilməz. Hər bir adam tərəzini yerində gedib yoxlaya bilər və necə işlədiyini görə bilər.

Əgər hər hansı bir sürücünün narazılığı varsa, müraciət etsin və məsələ araşdırılsın. Yenə təkrar edirəm ki, yük maşınları bizim tərəfimizdən saxlanılmır. Yol polisləri tərəfindən saxlanılır və bizim Tərəzi Nəzarət Məntəqələrinə yönəldilir və orada yoxlanılır. Əgər yük çoxdursa boşaldılır və cərimə yazılır”.

(modern.az)

Xəbər 924 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +