Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.08.2017  11:32 

Fərhad Əhmədov 100 milyonluq yaxtası və sarışın qadınla





A+  A-

Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədov Bodrumda görüntülənib.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamı təxminən 100 milyon dollarlıq “Luna” adlı yaxtasıyla Türkiyə sahillərinə gəlib. Əhmədov bütün gününü lüks yaxtasında ailəsi -3 uşağı ilə birgə keçirib. Türkiyə mediası yaxtada fotoları çəkilən qadının iş adamının həyat yoldaşı Tatyana Əhmədova olduğunu yazır.

Beş mərtəbədən ibarət olan “üzən saray”da bir helikopter, qapalı hovuz, sürət katerləri də var. Yaxtada xidmətçi və mühafizəçilər olmaqla 50 işçi çalışır.

Qeyd edək ki, bir neçə ay öncə Fərhad Əhmədov həyat yoldaşından xəyanətə görə boşanmışdı. Rusiyalı milyarder Böyük Britaniya məhkəməsinin qərarına əsasən, keçmiş həyat yoldaşına 584 milyon dollar (453 milyon funt sterlinq) ödəməli olmuşdu. Həmin boşanma isə Britaniya tarixində boşanma prosesində ödənilmiş ən böyük məbləğ olaraq göstərilmişdi.

Xəbər 1517 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +