İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


10.08.2017  16:09 

“15 iyul”un lideri qiyam ərəfəsi Bakıda kimə zəng etdiyini açıqladı





A+  A-

Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdinə başçılıq etməkdə təqsirləndirilən hava qüvvələri generalı Akın Öztürk həmin hadisələr ərəfəsində Azərbaycana etdiyi telefon zənglərinin məqsədini məhkəmədə açıqlayıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, general həmin vaxt Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına zəng vurduğunu bildirib.

General Akın Öztürk 15 iyul hadisələri zamanı Yüksək Hərbi Şuranın üzvü olub. Qiyamçıların tərəfində olan F-16 təyyarələri generalın kürəkəni, polkovnik Hakan Karakuşun komandanı olduğu Akıncı hərbi hava bazasından qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. Akın Öztürkün adı isə hərbi çevrilişin uğurla başa çatacağı təqdirdə ölkədə müvəqqəti hakimiyyət rolunu oynayacaq “Yurdda Sülh Şurası”nın üzvlərinin siyahısında yer almışdı. İstintaq materiallarına əsasən general hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.

Bu barədə 2017-ci ilin aprelində Türkiyə mediasında yazılmışdı və Akın Öztürkün Azərbaycanda hansı mobil telefon nömrəsinə zəng vurduğu da açıqlanmışdı. Türkiyə mətbuatının yazdığına görə Öztürkün bu nömrəyə iki dəfə zəng vurduğu müəyyən olunub.

Hazırda Akın Öztürk də daxil olmaqla qiyama cəhd edən hərbçilərin bir qrupunun məhkəməsi gedir. Onlar FETÖ (Fətullahçı Terror Təşkilatı) üzvləri olmaqda və çoxsaylı dövləti cinayətlərdə ittiham olunurlar.

Məhkəmədə Akın Öztürk ifadə verərək 15 iyul hadisələri ərəfəsində xarici ölkələrə etdiyi telefon zənglərinə izahat verib. Öztürk deyib ki, Azərbaycanda həmin iki zəngi Hərbi Hava Qüvvələrinin komandanına etmişdi. Generalın bildirdiyinə görə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanına etdiyi zənglərdən birində məqsəd onu “bayram münasibətilə təbrik etmək”, ikincisi isə Qarabağda, təmas xəttində atışmalar zamanı Azərbaycan ordusunun şəhidlər verməsinə görə başsağlığı vermək idi.

Xəbər 824 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +