İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


01.07.2017  12:32 

Vətəndaşa qarşı hüquqi əsası olmadan cinayət işi açılıb





A+  A-

Bir neçə gündən sonra, daha dəqiq desək, iyulun 2-də Azərbaycan Polisi yaranmasının 99-cu ildönümünü qeyd edəcək. Həmin gün müstəqil Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizənin, ictimai qayda-qanunun və təhlükəsizliyin təmin edilməsi kimi mühüm vəzifələri yerinə yetirən, möhtərəm Prezidentimizin hüquq-mühafizə siyasətini uğurla həyata keçirən, xalqımızın əmin-amanlığı keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisinin peşə bayramıdır. Azərbaycan polisi ən çətin zamanlarda həmişə xalqın güvənc yeri olmuş, cinayətkarlığa qarşı mübarizə aparan, xalqın asayişini mühafizə edən bir orqan kimi hörmət və sayğıya layiq görülmüşdür. Daxili İşlər Nazirliyi öz fəaliyyətini ictimai təhlükəsizliyin təmini, cinayətkarlığın qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına dair ümumdövlət prioritetlərinə, qanunun aliliyinə söykənən milli strategiya əsasında qurur. Bu gün Azərbaycan Daxili İşlər Nazirliyi cənab nazir Ramil Usubovun rəhbərliyi altında dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmaq yolunu tutub. İndi Azərbaycan polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, habelə digər beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur. Amma nə yazıq ki, “polis” adını heç də hüququ-mühafizə orqanlarının bütün əməkdaşları layiqincə daşımır, Vətənə və xalqa sədaqətlə xidmət etmək kimi çətin və məsuliyyətli işin öhdəsindən gələ bilmirlər.
Bugünlərdə Daxili İşlər Nazirliyinin məhz bu cür səriştəsiz bir qrup əməkdaşı barədə redaksiyamıza şikayət məktubu daxil olub. Eyni zamanda həm də AR Prezident Administrasiyasının vətəndaşların müraciətləri və sənədlərlə iş üzrə şöbə müdiri Süleyman İsmayılova, Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova, DİN Baş istintaq və təhqiqat idarəsinin rəisi Emil Usubova ünvanlanmış müraciət vətəndaş İlham Xıdırova aiddir. Şikayət məktubunda İlham Xıdırov kompressor üzrə mütəxəssis olduğunu, hər növ kompressor və onun ehtiyat hissələrini Rusiyadan və digər ölkələrdən gətirib quraşdırmaqla məşğul olduğunu yazır. O, 2014-cü ildə “Tensar” şirkətində çalışan Elxan Muradovla tanış olduğunu və həmin vaxtdan etibarən qarşılıqlı razılaşma əsasında birgə işləməyə başladığını bildirir: “Bu günə kimi həmin müqavilənin heç bir bəndinə zidd hərəkətim olmayıb. Qarşı tərəf, yəni şərikim isə BŞBPİ-dəki havadarları ilə haqsız yerə şikayət yazaraq məni tutduracağı ilə təhdid edir. Elxan Muradov BŞBPİ-yə ünvanladığı şikayət ərizəsində guya mənim ona qarşı dələduzluq edib, külli miqdarda əmlakını ələ keçirdiyimi bildirir. Əslində isə 2014-cü ildə evimi girov qoyub bankdan 202 min AZN vəsait götürüb işə qoymuşam. Elxan isə ilkin olaraq bu işə 100 min ABŞ dolları məbləğində vəsait yatırıb. Sonradan ayrı-ayrı vaxtlarda bu işə ümumilikdə 380 min ABŞ dolları vəsait sərf edib. Mən isə birgə fəaliyyətə başladığımız vaxt ərzində Elxana 310 min ABŞ dolları məbləğində pul vermişəm. Həmin vəsaitlər hesabına xaricdən gətirdiyim kompressorlardan 11 ədədi mənə, 11 ədədi isə şərikimin tanışına aid ərazidə saxlanılır. Onlar satılarsa, Elxan özünə aid məbləği mütləq alacaq. Amma o, bir şərik kimi malın realizə olunmasına kömək etmək əvəzinə mənə dələduzluq damğası vurmağa çalışır.”
İlham bu işdə şərikinə bəzi səriştəsiz, öz işinə məsuliyyətsiz yanaşan, dövlətin maraqlarını şəxsi mənafeyinə qurban verən polis əməkdaşlarının Elxana kömək etdiyini deyir. Onun sözlərinə görə, Elxan hətta öz adamları vasitəsilə ona yaxın vaxtlarda həbs ediləcəyi haqda məlumatlar sızdırır. İlham Xıdırovun cənab nazirə müraciət etməkdə əsas məqsədi “Azərbaycan polisi” adını ləkələyən hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarının cəzalandırılmasına və barəsində haqsız yerə heç bir hüquqi əsas olmadan açılmış cinayət işinə xitam verilməsinə nail olmaqdır. O, şəriki ilə arasındakı bu anlaşılmazlığın cinayət tərkibli olmadığını, mülki iş xarakteri daşıdığını və buna yalnız məhkəmə yolu ilə aydınlıq gətirilməli olduğunu bəyan edir.
Bütün bu deyilənləri şikayətçinin vəkili, Vəkillər Kollegiyasının üzvü Hafiz Ələsgərov da təsdiqlədi. Vəkilin sözlərinə görə, ilk növbədə bu iş üzrə istintaqın BŞBPİ-nin İstintaq İdarəsi tərəfindən aparılması özü artıq qanunsuzdur. Belə ki, AR CPM-nin 216-cı maddəsinin tələblərinə əsasən, ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi üzrə) aparılmalıdır. Belə olduğu halda bu işə Abşeron rayon Polis şöbəsi tərəfindən baxılmalıdır. Bundan əlavə, vəkil Hafiz Ələsgərov Elxan adlı vətəndaşın hüququ-mühafizə orqanlarına verdiyi şikayətdə yazılanların heç də həqiqəti əks etdirmədiyini iddia edir: “Elxan Muradov Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı şikayət ərizəsində guya İlham Xıdırovun ona qarşı dələduzluq edib külli miqdarda əmlakını ələ keçirdiyini göstərmişdir. Yalandan yazdığı şikayət ərizəsi ilə o, dövlət orqanının əməkdaşlarını aldadaraq, onların vaxtını alır. Belə ki, İlhamın xaricdən gətirdiyi kompressor və onların ehtiyat hissələrinin bir hissəsi İlhamın, digər hissəsi isə Elxanın nəzarətindədir. Onlar satılsa, təbii ki, Elxan özünə aid olan məbləği alacaq. Lakin bundan başqa, İlham bu işə görə şəriki Elxana 310 min ABŞ dolları verib. Amma nədənsə Elxan həmin pulun adını belə tutmur və bu vəsaiti geri qaytarmaq barədə qətiyyən düşünmür”.
Redaksiyamıza şikayət məktubu ilə müraciət edən vətəndaş İlham Xıdırovun vəkili cənab nazirə yazılı şəkildə müraciət edərək, ondan bu işi nəzarətə götürərək müvəkklinin haqsız yerə ittiham olunmasının qarşısını almaqda və ümumiyyətlə, qeyd olunan işin obyektiv araşdırılmasında köməklik göstərməsini xahiş edir.
Ümid edirik ki, yuxarı instansiyalar vətəndaşa edilən bu haqsızlığı aradan qaldıracaq və onun probleminin məhkəmə yolu ilə həll edilməsinə əlindən gələn köməkliyi göstərəcək.


XəzərNews.az

Xəbər 7985 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +