Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.06.2017  16:07 

Müəllim olmaq istəyənlərin nəzərinə...





A+  A-

İyulun 1-dən Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbuluna başlanacaq.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, proses 1-14 iyul tarixlərini əhatə edəcək.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) keçiriləcək.

Nazirlik rəsmisinin sözlərinə görə, bu il əvvəlki illərə nisbətən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə rekord sayda vakant yerlər təqdim olunacaq.

E.Bağırov qeyd edib ki, bu il vakant yerlərin toplanması yeni mexanizmə əsasən həyata keçirilir. Yerli təhsil şöbələrinin əməkdaşlarının iştirakı ilə hazırda vakant yerlərin təyin olunması üçün nazirlikdə xüsusi komissiya yaradılıb və burada müəllimlərin dərs yükü, sayı və digər amillər nəzərə alınaraq vakant yerlərin sayı müəyyən edilir: “Əvvəllər vakant yerlərin sayı barədə yerlərdən nazirliyə məlumat daxil olurdusa bu ildən həmin yerlər yalnız nazirlikdəki komissiyada müəyyən edilir. Hazırda Azərbaycanda vakant yerlərin böyük hissəsi ibtidai sinif, texnologiya, təsviri incəsənət ixtisası üzrədir. Amma Azərbaycan dili və ədəbiyyat, İngilis dili ixtisasları üzrə müəllim ixtisaslarında şəhər məktəblərində sıxlıq olduğu üçün bu ixtisaslardan vakant yerlər bu il daha az olacaq. Məsələn, 2015-ci ildə Bakıda ingilis dili ixtisası üzrə müəllimlərə 1 yer verilmişdisə, bu il say 20 olacaq. İbtidai siniflər üzrə bu il Bakı şəhərində 500-ə vakant yerin olması nəzərdə tutulur”.

Xəbər 1161 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +