Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.06.2017  19:06 

“Azərbaycana rəhbərlik etmiş şəxslər zəiflik və qorxaqlıq göstərdilər”





A+  A-

“Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir”.
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfəri zamanı kənd sakini Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib: "Bu gün ölkəmizin həyatında əlamətdar gündür, tarixi bir gündür. Bu gün Cocuq Mərcanlı kəndinin bərpası günüdür. Mən sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə təbrik edirəm".

İlham Əliyev vurğulayıb ki, Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir:

"Siz - bu kənddə yaşayan insanlar bu kəndin tarixini yaxşı bilirsiniz. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir. Bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır. Siz yaxşı bilirsiniz ki, Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında qaldı. Bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Yəni Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir".
Prezident xatırladıb ki, 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş uğurlu “Horadiz” hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən, Cocuq Mərcanlı kəndi, Horadiz qəsəbəsi – hansı ki, bu gün Horadiz şəhəridir – işğaldan azad olundu:

"Ancaq burada yaşamaq riskli idi, təhlükəli idi. Buna baxmayaraq, Həziyevlər ailəsi burada yaşayıb. Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısı alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi və bu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir".

Prezident söhbətində Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə mövcud olmuş hakimiyyətini də tənqid edib. Prezident o vaxt hakimiyyətdə olanları “zəif və qorxaq, xəyanətkar” adlandırıb.

Sitat: "Bu gün Milli Qurtuluş Gününün ərəfəsidir. Qurtuluş Günü müasir Azərbaycanın dönüş nöqtəsidir. Təəssüf edirəm ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə olmayıb. Əgər o, həmin illərdə Azərbaycanda olsaydı, bir qarış torpağımız belə işğal altına düşməzdi. Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik etmiş şəxslər zəiflik və qorxaqlıq göstərdilər. Xəyanətkar hakimiyyət torpaqlarımızı qoruyub saxlaya bilmədi".

Prezident İlham Əliyev qeyd edib ki, Milli Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür: "İşğala baxmayaraq, Azərbaycan bugün inkişaf edir, güclənir, güclü iqtisadiyyat qurub, beynəlxalq arenada öz mövqelərini gücləndirir. Hərbi sahədə böyük uğurlara nail olmuşuq. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşləri də bunu bir daha sübut etdi. Biz, Azərbaycan ictimaiyyəti də bunu bilirdi".


Xəbər 793 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +