Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.05.2017  14:02 

“Azəriqaz“ işçisi vətəndaşları aldadıb ölkədən qaçdı





A+  A-

Azəriqaz nümayəndəsinin qaçaraq Almaniyada gizlənməsi aydın olub
"Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin fərdi qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə mühəndis - çilingəri Tural Xıdırov rayon sakinlərinə külli miqdarda pul ataraq ölkəni tərk edib. Bu, Tural Xıdırovun Xaçmazın Yalama kənd sakini Rəhimbəy Əhmədağa oğlu Əhmədbəyovun evinə qaz çəkilməsi üçün ondan 300 manat alması, amma heç bir iş görmədən yoxa çıxmasından sonra məlum olub.

Şikayətçi rəsmi ərizə ilə Xaçmaz rayon prokurorluğuna müraciət edib. Dərhal rayon prokuroru Elxan Abdulhüseynov faktın araşdırılması üçün göstəriş verib və işin araşdırılmasına başlanılıb. Prokurorluğun araşdırması zamanı Tural Xıdırovun rayon ərazisində sadə insanlara kələk gələrək külli miqdarda "pul"atması barədə əməlləri üzə çıxıb.

Məlum olub ki, Tural Xıdırovun toruna saldığı təkcə Rəhimbəy Əhmədbəyov deyil. Xaçmaz şəhər sakini Etibar Bağırov da mənzilinə qaz çəkilməsi üçün Tural Xıdırova 450 manat pul veribmiş.

Prokurorluğun araşdırması Azəriqaz vəzifəlisinin Xaçmazda toruna saldığı insanların böyük bir siyahısını ortaya çıxarıb. Rayonun Hacıqurbanoba kənd sakini Eldar Babayevin və həmin kəndin daha 12 nəfər sakininin Tural Xıdırova qaz çəkilişi üçün pul verməsi də prokurorluq əməkdaşlarına məlum olub. Fakta görə 3 may 2017-ci il tarixdə insanlara qarşı dələduzluq etmiş Xaçmaz Regional Qaz İdarəsinin mühəndis-çilingəri Tural Nadir oğlu Xıdırov barəsində Xaçmaz rayon prokurorluğunda CM-nin 178.2.2 ,2.3 maddələri ilə cinayət işi açılıb.

Xaçmazda adamları aldadaraq ciddi narazılıq yaratmış Tural Xıdırovu saxlamaq isə hələ mümkün olmayıb. Onun sadə insanları qaz çəkmək adı ilə, vəzifəsindən sui-istifadə edib aldatması, külli miqdarda pul toplayıb aradan çıxması araşdırılarkən həmin vaxt Tural Xıdırovun pul toplayarkən xaricə getmək ərəfəsində olması da aydınlaşıb. Azəriqaz nümayəndəsinin qaçaraq Almaniyada gizlənməsi aydın olub. Xaçmaz prokurorluğunda fakt təsdiqlənib və cinayət işinin istintaqının davam etdirildiyi bildirilib.

Qurumdan o da deyilib ki, Azəriqaz-ın dələduzluq edən əməkdaşının aldatdığı narazı adamların prokurorluğa müraciətləri artmaqdadır.

(istipress.com)

Xəbər 2970 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +