Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.05.2017  18:07 

Məlum saytlar niyə bağlanır? - Zakir Qaralov məktub göndərib





A+  A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadliq.info, azadliq.org, azərbaycansaati.com, Meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası başlayıb.
XəzərNews.az lent.az-a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədli çıxış edərək qeyd edib ki, baş prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə məktub daxil olub: “Məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik materiallar yayımlanır. Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib. Nazir də prokurorluqdan gəlmiş bu məktub əsasında elə həmin gün təxirə salınmadan tədbir görüb - ölkə ərazisində həmin saytlara giriş məhdudlaşdırılıb”.

Nazirliyinin nümayəndəsi B.Məmmədli məqalələrin surətini saytların nümayəndələrinə təqdim edib.

Adı çəkilən saytların vəkilləri vərəqlərin sübut kimi qəbul olunmasına etiraz ediblər.

Vəkillərin suallarına cavab olaraq Bəxtiyar Məmmədli bildirib ki, nazirlik Baş Prokurorluğun gəldiyi nəticə ilə razılaşıb, özü əlavə heç bir araşdırma aparmayıb.

Hakim bildirib ki, həm linqvistik ekspertiza, həm də prokurorluğun prosesə cəlbi məsələsinə növbəti məhkəmə iclasında baxılacaq.

Məhkəmə prosesə mayın 3-də davam edəcək.

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadliq.info, “Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin, azərbaycansaati.com, Meydan.tv saytlarını, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

Xəbər 1402 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +