Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.04.2017  13:34 

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı QALMAQAL





A+  A-

Ermənistanı ötən il “Eurovision” mahnı müsabiqəsində təmsil edən İveta Mukuçyan Dihajın ifa etdiyi “Skeletons” barədə iddia irəli sürüb.
Həmin iddianı eschalley.com “Eurovision” xəbər saytı dərc edib.

Məqalədə qeyd olunub ki, ötən gün Almaniyada yayımlanan “Eurovision” proqramında İveta qonaq olub. Müğənni bu il yarışmada iştirak edən 10 sənətçinin mahnıları barədə fikir bildirib.

İveta Sandra Bjurman və İsa Məlikovun müəllifi olduğu “Skeletons”un birinci onun üçün yazıldığını söyləyib:

“Bu mahnını bilirəm. Ötən il mənə də göndərilmişdi. Ancaq mən qəbul etmədim. Mahnı yazılarkən mən də orda idim. Hər şeyi bərabər hazırladıq”.

Sayt mövzu ilə bağlı İTV-nin İctimaiyyətlə əlaqələr departamentiylə əlaqə saxlayıb.

Bildirilib ki, İveta hüquqi bir şəxs olmadığı üçün onun ittihamına cavab verilməyəcək:

“İveta Mukuçyan yarışmanın iştirakçısı deyil. O, heç bir rəsmi qurumu təmsil etmir. Belə çıxır ki, Mukuçyan hüquqi nöqteyi nəzərdən adi bir vətəndaşdır. Avropada fikir prüalizmi var. İstənilən insan istənilən fikri səsləndirə bilər.

Biz şirkət kimi hər bir siravi bir vətəndaşın qeyd elədiyi müəyyən fikirlərə reaksiya verməyimiz düzgün olmaz. Hər hansı bir rəsmi qurum ittiham səsləndirsəydi, cavab verərdik. Qeyd edərdik ki, bu provekasiyadır, iftiradır, böhtandır. Lakin, o, səlahiyyətli şəxs olmadığı üçün bu mövzuda reaksiya verməyəcəyik.

Bu məqamda qeyd edək ki, belə bir hadisə təkcə bu il baş verməyib. “Eurovision – 2016”da Azərbaycan təmsilçisi Səmra Rəhimlinin “Miracle” mahnısı da əvvəlcə isveçli müğənni Molly Pettersson Hammar üçün yazılıb. Lakin o, mahnını ifa etməyib, seçimi başqa mahnıdan yana olub.

Xatırladaq ki, Sandra Bjurman Safura Əlizadənin “Drip drop”, Səmra Rəhimlinin “Miracle”, Ell and Nikkinin “Running scared”, Səbinə Babayevanın “When the music dies” mahnılarının söz yazarıdır.

(qafqazinfo.az)

Xəbər 1651 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +