Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


17.04.2017  16:39 

İslam Oyunlarına 57 ölkə qatılır





A+  A-

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) bu gün 12 və 22 may tarixləri arasında Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında İHİF-in bütün 57 üzv ölkəsinin idmançılarının yarışacaqlarını elan edib.
XəzərNews.az-ın məlumatına görə, haqqında danışılan elan İHİF və AİHOƏK tərəfindən bütün tərəflərlə əldə olunan razılaşmaya əsasən Küveyt idmançılarının İHİF –nın bayrağı altında Müstəqil İslam Həmrəyliyi oyunlarının idmançıları olaraq iştirak hüququnun əldə edilməsindən sonra diqqətə çatdırılır.

Razılığa əsasən yalnız idmançılar və məşqçilər İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və İHİF-in formalarını geyinəcək. İdmançılar tərəfindən qazanılacaq bütün medallar da İHİF bayrağı altında təqdim ediləcək. İdmançıların iştirakının təşkili məsələlərinin həlli və hərtərəfli təmin olunmaları məqsədi ilə İHİF tərəfindən onlar üçün müstəqil nümayəndə heyətinin rəhbəri də təyin olunub.

İHİF-in Baş Katibi H. E. Faysal Əbdüləziz Əl-Nassar bu elanla əlaqədar bildirib: "İslam Həmrəyliyi Oyunları birlik və sülh ruhunu özündə yaşadan çoxmillətli, multikultural, çoxnövlü idman tədbiridir. Əminik ki, islam dünyasının idmançılarını bir araya gətirəcək IV İslam Həmrəyliyi oyunları cəmiyyətin müxtəlif gəncləri arasında dostluq və sülh əlaqələrini daha da möhkəmləndirəcək.

Buna görə də, İHİF-in bütün 57 ölkəsindən olan idmançıların bu oyunlarda iştirak etməsi bizi çox sevindirir və bu nəticənin əldə olunmasında göstərdikləri köməyə görə bütün tərəflərə minnətdarlığımızı bildiririk".

Məlumat üçün bildirək ki, IV İslam Həmrəyliyi oyunlarında iştirak üçün dörd qitədən 5000-ə qədər idmançı və rəsmi şəxsin Bakıya gəlməsi gözlənilir. İdmançılar atletika və cüdo üzrə iki para-idman növü daxil olmaqla 20 idman növü üzrə 270 medal uğrunda mübarizə aparacaq.

Oyunlar müvafiq olaraq 12 və 22 may tarixlərində keçiriləcək Açılış və Bağlanış Mərasimlərinə ev sahibliyi edəcək Bakı Olimpiya Stadionu daxil olmaqla şəhərdə yerləşən 16 müasir yarış obyektində keçiriləcək.

Xəbər 2337 dəfə oxunub.



13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +