Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.04.2017  15:14 

“Onun general arvadı olduğunu “Bandotdel”də bildim”





A+  A-

General Emin Şəkinskinin keçmiş arvadı Gülnarə Şəkinskayanın və övladlarının ölkədən çıxmasına kömək edən şəxslərdən biri, keçmiş polis işçisi Namiq Camalovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bu iş üzrə Saçlı Həsənova, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov, Pənah Dadaşov və Ənnab İsgəndərova təqsirləndiriliblər.

İttihama görə, həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər. Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.

N.Camalov oğurluq, dövlət sərhədini qanunsuz keçmə və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham edilib. O, məhkəmədə ifadəsində deyib ki, Gülnarə Şəkinskayanı “Aysel” kimi tanıyıb: “Pul müqabilində ona sürücülük edirdim. Əvvəlcədən danışmışdıq ki, 600-700 manat pul alacam. Demişdi ki, evi plana düşüb, ona görə rayona qeydiyyata düşmək istəyir. Bu səbəbdən də bir neçə dəfə onu Bərdəyə aparıb-gətirmişəm. Bərdədə aldığı pasportda da kimliyi “Əliyeva Aysel Müzəffər qızı” yazılmışdı. Onun general Emin Şəkinskinin arvadı Gülnarə olduğunu “Bandotdel”də bildim”.

Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə N.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərdən Pənah Dadaşov və Raqub İsbəndiyarova 3 il, qalanlarına isə şərti cəza verilib.

N.Camalovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi üzrə baxış iclası təyin edilib. Onun işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi aprelin 6-da baxılacaq.

Əvvəllər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi olan general-mayor Emin Şəkinski 2016-cı ilin iyul ayında nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

(qafqazinfo.az)

Xəbər 1126 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +