Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


13.03.2017  11:32 

Məleykə Abbaszadə: “Bizə bu yolla heç kim təsir göstərə bilməz“





A+  A-

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi" əsasında DİM-in maliyyələşdirilməsi üçün ona ianələrin verilməsinin bu qurumun fəaliyyətinin şəffaflığına kölgə sala bilib-bilməyəcəyinə, eyni zamanda, bundan istifadə edilərək DİM-ə qarşı təyziqlərin edilə bilməsinə münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, DİM-in yanvarın 18-dən fəaliyyətə başladığını xatırladan M.Abbaszadə Trend-ə açıqlamasında bildirib ki, indiyədək DİM-ə ianələrin verilməsi ilə bağlı təklif daxil olmayıb: “Bəlkə də hansısa təşkilatlar bizim üçün nə isə etmək istəyirlər. Amma hələ müraciətlər olmayıb. Biz özümüz də təşəbbüs göstərərək bu istiqamətdə yəqin ki, hansısa addımlar atacağıq. Ancaq belə addımlar atılmamışdan əvvəl biz onları mütləq Direktorlar Şurasının iclasında müzakirə edəcəyik”.
M.Abbaszadə əlavə edib ki, DİM-in indiyədək olan şəffaflığı bundan sonra da davam etdiriləcək: “Bizə bu yolla, yəni ianələrin verilməsi yolu ilə heç kimin təsir göstərmək imkanı olmayacaq. Hər şey yenə də açıq, şəffaf olacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "2016-cı ilin 11 aprelində “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"ni təsdiqləyib.
Bu nizamnaməyə əsasən, DİM publik hüquqi şəxsdir. Mərkəz dövlət vəsaitləri, imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər, dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə edilmiş vəsaitlər, mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və yararsız halda olan digər əmlakın satışından əldə edilən və digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına maliyyələşə bilər.
DİM eyni zamanda qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına da maliyyələşə bilər.

Xəbər 1536 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +