İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


10.03.2017  15:35 

Müğənni Ruhidən ŞOK YALAN - Dövlətin təşəbbüsü ilə baş tutan tədbiri öz adına çıxardı





A+  A-

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsindəki məhkum xanımlar üçün konsert proqramı təşkil edilib.
XəzərNews.az-ın AZXEBER.COM-a istinadən məlumatına görə, bu cür görüşlər mütəmadi keçirilsə də, şou saytlarının yazdığına görə bu dəfəki görüşün təşəbbüskarı müğənni Ruhi Əliyeva olub.

Bayram yığıncağında Ruhi Əliyeva ilə yanaşı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyə müəssisələri nəzdində yaradılmış Himayəçilik şurasının sədri, Səbail rayon İcra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova və Pentensiar xidmətin rəis müavini Hüseynağa Əlixanov iştirak edib.

Belə olan təqdirdə ortaya maraqlı sual çıxır: Görəsən, ölkənin ombudsmanı nəyə görə özü öz təşəbbüsü ilə deyil, müğənni Ruhinin təşəbbüsü ilə məhkumlarla görüşür? Və yaxud müğənni nəyə görə başqalarının əməyini öz adına çıxarır?

Başqa bir sual isə budur ki, əgər həqiqətən də bu görüş Ruhinin təşəbbüsü ilə keçirilibsə, necə olub ki, Penitensiar Xidmət onun sorğusuna müsbət cavab verib? Ya da ombudsmanı qonaq kimi kim həmin tədbirə dəvət edib?

Məsələylə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, istər Elmira Süleymanova, istərsə də Xalidə Bayramova məhkumlarla mütəmadi olaraq görüşür və əlamətdar günlərdə onların yanında olur.

Sadəcə Ruhi şou jurnalistləri ilə yaxınlığından istifadə edərək bu görüşü öz adına çıxarmaq istəyib.

Əslində isə bu tədbirin əsl təşkilatçısı 4 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və nazirliyin Himayəçilik Şurasının birgə təşkilatçılığı ilə baş tutab. Penitensiar Xidmətin rəsmi saytında da müğənni Ruhinin adı yazılmayıb.

Son olaraq qeyd edək ki, Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində xeyirxah, nəcib əməlləri yaşadan Heydər Əliyev Fondunun fəaliyyəti və fonda rəhbərlik edən, ölkənin ictimai həyatında xüsusi fəaliyyəti ilə seçilən, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adlarını ləyaqətlə daşıyan xanım Mehriban Əliyevanın adı ilə bağlıdır.
Azərbaycanda bütün vətəndaşların ən böyük himəyadarı və qoruyucusu Azərbaycan Dövləti və Cənab Prezident İlham Əliyevdir. Bu cür kiçik təşəbbüslərlə dövlətə və dövlətin vətəndaşlara olan qayğısına göz salmaq mümkün deyil.

Xəbər 2875 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +