Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


24.02.2017  23:02 

Elan saytında narkotik maddə satılır - VİDEO





A+  A-

Azərbaycanda bir elan saytında narkotik maddə satılır.
XəzərNews.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, tibbi marixuna adı altında insanları narkotik alüdəçiliyinə cəlb edirlər. "Yüksək keyfiyyətli marixuana" başlıqlı elan yerli saytlardan birində yerləşdirilib. Elanda xərçəng və oynaq ağrıları üçün "morfi" effekti verən psixotrop maddələr də təklif olunur. Bunun istənilən şəxs, 400 manata yaxın pul ödəyərək onu əldə edə bilər.
Elana yazılmış telefon nömrəsi Kamerun kodu ilədir. Ancaq kamerunlu olduğu güman edilən satıcı ingiliscə yazdığı elanında narkotik maddəni dünyanın istənilən ölkəsinə çatdırılmanın mümkün olduğunu qeyd edib. "Skype" və elektron poçt ünvanını da elana əlavə edib. Gün ərzindəki bütün cəhdlərimizə baxmayaraq, elanı yerləşdirən şəxslə əlaqə saxlaya bilmədik.
Narkotik satışına dair elan yanvarın 23-dən, yəni 1 aydan çoxdur həmin saytdadır. Bu müddət ərzində elanın silinməməsi saytda redaktənin olmadığını göstərir. Mütəxəssislərə görə, saytda yer alan bu hal qeyri-peşəkarlıqdan xəbər verir. Elan saytlarının bu cür idarə edilməsi doğru deyil.
Azərbaycan qanunvericiliyinə görə, hər hansı platforma vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışı qadağandır. Fəaliyyət növləri mövcud qanunvericilik əsasında idarə olunmalıdır. Əks halda həmin şəxsin və ona köməkçi olanların məsuliyyətə cəlb olunması qaçılmazdır.
Cinayət Məcəlləsinə görə bu insanlar 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzasına məhkum edilə bilərlər. Satış külli miqdarda olduqda, daha ağır cəzanın tətbiqi həyata keçirilə bilər. Elan saytlarına gəldikdə isə, ya mexaniki, ya da avtomatik redaktə sistemindən istifadə etməsi məsləhətdir. Əks halda narkotik satışına dair elan yerləşdirilə biləcək digər arzuolunmaz təbliğat və ticarət növlərinin yanında toya getməli ola bilər.


Xəbər 3662 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +