İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


24.02.2017  11:31 

Bakı merinin qəbir biznesi: Mafiya şəbəkəsində kimlər var?





A+  A-

Bakı Şəhər İcra Hakimiyyətində qəbir biznesi ilə məşğul olan bir mafiya illərdir ki, fəaliyyətdədir
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və ona tabe olan Əhaliyə Vətəndaşlıq Xidməti Tresti bu şəbəkənin əsas strukturlarıdır.

Trestin baş mühəndisi Sabir Həsənov məzarlıqlarda yerlərin satılmasını təkzib etsə də, reallıqlar başqadır. Bakı sakinləri bilirlər ki, ölü yiyəsinə qəbir yeri pulla satılır.

Bu biznesin başında isə sözügedən departament və trest dayanır. İddialara görə, yerlərin satışında gələn gəlir Bakı meri Hacıbala Abutalıbovla bölüşdürülür.

S.Həsənovun da qəbiristanlıqlarda yerlərin satışında iştirakı olduğunu iddia edən şəhər sakinlərinin sözlərinə görə, pulu olmayan ölüsü əlində qalmalıdır. Amma əksəriyyət qabaqcadan yerləri alıb.

Buna baxmayaraq, məzarlıqlar dolub, yer çatışmır, trestin dəllaları isə satmağa künc-bucaq da olsa tapırlar. Nəzərə almaq lazımdır ki, son illərdə əyalətlərdən Bakıya kütləvi axın olub və onlar burada məskunlaşıblar.

Trestə 32 qəbiristanlıq daxildir. Hər məzarlıqda yer satışını nəzərə alsaq BŞİH-də böyük pulların dövr etdiyini söyləmək olar.

Paytaxtda yaşayanların çoxları qəbir yerlərindən asılı olaraq, neçəyə satılmasından xəbərdardır. Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda açıq bazarla qarşılaşmalı olur.

Ən ucuz qəbir yerinin qiyməti 140, ən baha 7 min manatdır. Mərkəzdəki qəbiristanlıqlarda yerlər dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar.

Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında satılır.

Ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var.

(politika.az)

Xəbər 3176 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +