“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


22.02.2017  14:02 

Əsəd getsə, Suriyada müharibə bitəcək? - TƏHLİL





A+  A-

Suriya münaqişəsindəki qeyri-müəyyənlik davam etməkdədir. Türkiyənin avqustun 23-də başlatdığı “Fərat Qalxanı” əməliyyatı Əl-Bab şəhərinin İŞİD-in əlindən azad olunması ilə başa çatdı və rəsmi Ankara Moskva ilə əldə etdiyi razılaşma əsasında daha cənub istiqamətində irəliləməkdən vaz keçdi.
Çünki əks halda, şəhərin bir neçə kilometrliyində mövqe quran Suriya hökumət qoşunları ilə qarşıdurmaya girə bilərdilər. Faktiki olaraq, Suriyanın şimalı Türkiyə, Əsəd rejimi və kürdlərin PYD partiyasının silahlı qanadı olan YPG-nin əlində cəmləşib. Mövcud reallıq, türk ordusuna Suriyanın içərilərinə doğru irəliləməyə mane olur. Çünki İŞİD-in nəzarəti altında olan rayonlar faktiki olaraq azad olunub və cəbhənin qarşı tərəfində suriyalı və kürd birləşmələrinin qüvvələri cəmləşib.

İŞİD-ə qarşı mübarizədə birləşən tərəflərin radikalların yoxluğu şəraitində bir-biri ilə hərbi toqquşmaya girməsi ehtimal real görünür. Bu fonda, Türkiyə rəsmlərinin Rakkanı İŞİD-dən azad etmək üçün Amerika ordusu ilə birlikdə ortaq əməliyyat keçirmək niyyəti bir çox regional oyunçuların narahatlığına səbəb olur. Xüsusən, Dəməşq və Tehran Ankaranın Suriya münaqişəsindəki fəallığından və regional məsələlərdə oynadığı roldan narazıdır və Suriyada yeni ərazilər ələ keçirməsinə qarşıdır.

Təsadüfi deyil ki, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş ələ keçirilən ərazilərin Əsəd rejiminə verilməyəciyini və orada qaçqınların təhlükəsiz yaşayacağını demişdi. Təbii ki, Əsəd Suriyanın ərazi bütövlüyünü qoruyacağını elan etmiş Rusiya ordusunun passivliyindən də narazıdır. Amma müttəfiqlərindən tam asılı vəziyyətdə olduğu üçün açıq şəkildə mövqeyini bəyan edə bilmir.

Digər tərəfdən, regionun Türkiyə qədər effektiv oyunçusu sayılan İran da strateji müttəfiqi saydığı Əsəd rejiminin sıxışdırılması ilə razılaşa bilmir. Sirr deyil ki, türk ordusunun yerləşdiyi ərazilərə yaxın bölgədə çoxminlik İran kontingenti və “Hizbullah” qruplaşması yer tutub.

Fərqli geosiyasi maraqlara malik Ankara və Tehran Suriya cəbhəsində birbaşa üz-üzə gələ bilər. Bu isə regionda yersiz gərginliyə və Suriya münaqişəsinin daha da mürəkkəb formaya düşməsinə səbəb olacaq. Təbii ki, konflikt tərəflərin heç birinin maraqlarına cavab vermir.

Türkiyənin Əsəd rejiminin devirmək planları real deyil, Suriya rejiminin müttəfiqləri sayılan Rusiya və İran isə Türkiyənin regiondakı çəkisi ilə hesablaşmağa məcburdur. Məhz buna görə, son aylarda Ankara ilə Moskva və Tehranın yaxınlaşması müşahidə olunmuş v ə Astana danışıqları həyata keçirilmişdi. İstənilən halda, formal dostluq görüntüsü yaransa da, əslində mövqelər və ziddiyyətlər o qədər dərindir ki, münaqişənin yekun həlli barədə danışmaq real görünmür.

Suriyada müharibə yalnız Əsədin getməsi ilə bitən deyil. Liviyanın və İraqın timsalında diktatorların gedişinin hansı nəticələr doğurduğunu hər kəs görüb. Məhz buna görə də, bütün münaqişə tərəflərini razı salacaq yekun sülh planına ehtiyac var. Bu plan həm Rusiya, həm də ABŞ-ın iştirakı ilə, regiondakı dövlətlərin, yerli ərəb, kürd, türkmən və xristianların maraqları nəzərə alınmaqla tərtib olunmalıdır.

(modern.az)

Xəbər 5935 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +