13.02.2017 12:17
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin həftə sonu növbəti səyyar-qəbul görüşü Bala Bəhmənli, Əhmədbəyli və Böyük Bəhmənli kəndlərində keçirilib. Görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
XəzərNews.az xəbər verir ki, səyyar-qəbul görüşlərdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə keçirildiyini bildirib. Alı Alıyev qeyd edib ki, Bala Bəhmənli, Əhmədbəyli və Böyük Bəhmənli kəndlərinin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbul-görüşdə müxtəlif sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Alı Alıyev Bala Bəhmənli, Əhmədbəyli və Böyük Bəhmənli kəndlərində pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlərlə maraqlanıb, kənd sakinlərinə həyatyani və pay torpaqlarından səmərəli istifadə etməyi, kənd təsərrafatı məhsullarına olan daxili tələbatlarını özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödəməyi tövsiyyə edib.
Səyyar qəbul-görüşlərdə Alı Alıyev Prezident cənab İlham Əliyevin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi barədə Fərmanından irəli gələn məsələlərdən bəhs edib. Kənd sakinlərinə elektrik enerjisi və qaz və sudan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edib.
Məcburi köçkünlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
|
13.05.2024 22:01
13.05.2024 21:08
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
13.05.2024 21:02
Qobuda itlərin hücum etdiyi qızın nənəsi hadisə anını danışdı -VİDEO
13.05.2024 20:47
13.05.2024 20:40
13.05.2024 17:12
13.05.2024 16:28
“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi – Borca görə
13.05.2024 11:24
13.05.2024 11:21
13.05.2024 11:05
13.05.2024 11:02
13.05.2024 09:27
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
13.05.2024 00:10
13.05.2024 00:02
12.05.2024 20:02
İtkin düşən qadın torpağa basdırılmış halda tapılıb -Fotolar
12.05.2024 19:25
12.05.2024 19:19
12.05.2024 18:53
12.05.2024 18:44
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar
12.05.2024 17:59
12.05.2024 13:03
12.05.2024 12:33
11.05.2024 18:56
11.05.2024 18:49
11.05.2024 18:43
11.05.2024 18:37
11.05.2024 17:27
11.05.2024 17:15
11.05.2024 17:07
11.05.2024 17:01
11.05.2024 09:58
Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq