Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.02.2017  10:37 

Əhəd Abıyevin qardaşı oğlunun günahı təsdiqləndi – Rəsmi





A+  A-


Bir neçə gün əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Dövlət Yol Polisində çalışan qardaşı oğlu Kamal Abıyevin bir sürücünü təhqir etməsi və onun xanımının xəstəxanaya düşməsinə səbəb olmasıyla bağlı yazı dərc etmişdik.

Bildirmişdik ki, K.Abıyev kapitan-inspektor vəzifəsində işlədiyi Göytəpə postunda Ramil Rzayev adlı sürücünün idarə etdiyi "Niva” markalı avtomobili saxlatdıraraq ona qarşı nalayiq ifadələr işlədib. Sürücünün maşında olan xanımının isə bu hadisələrdən halı dəyişib və o, xəstəliyə tutulub.

XəzərNews.az BakiPost.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi K. Abıyevin xidməti intizam qaydalarını pozması faktını rəsmi şəkildə təsdiqləyib. Bu barədə idarədən R. Rzayevin müraciətinə cavab olaraq göndərilən məktubda yazılıb.  Qeyd olunub ki, müraciətdən sonra araşdırma aparılıb və K.Abıyevin intizam qaydalarını pozması müəyyənləşib: "Baş Dövlət Yol Polisi İdarəsininin Yol-Patrul Xidməti Alayının 11-ci taqımının YPX baş inspektoru Kamal Abıyevin və YPX inspektoru Zamiq Həsənovun hərəkətləri barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılıb.

Araşdırma nəticəsində əməkdaşlar tərəfindən xidməti intizam qaydaların tələblərinin pozulması halı müəyyən olunub, hərəkətlərinin müzakirə olunması barədə qərar qəbul edilib”.

 

Xatırladaq ki, Əhəd Abıyev dünən ölkə.az saytına müsahibə verərək, qardaşı oğlunun heç bir günühaının olmadığını, Ramil Rzayevin ona şər atdığını deyib: "Həmin Ramin Rzayev hamıya şər atır. Qardaşım oğlu 23-cü adamdır ki, onun şər-böhtanına məruz qalıb. İndi sual verirəm, necə olur ki, bütün nöqsanlar ancaq bunun başına gəlir? Bu adam kimə salam verirsə, ondan şikayət edir, yazır. Bizi şantaj edib deyir ki, 5 min verməsən, saytlara yazacam. Bu nə deməkdir? Açıq şantaj deyil?

Ona sual verin ki, əlində bir dənə də olsun hər hansı fakt, görüntü var? Deyir ki, polis onu hədələyib, qorxudub və sairə. Əgər dedikləri doğrudursa, bir fakt göstərsin də! Niyə göstərə bilmir? Məsələ nazirlik tərəfindən araşdırılandan sonra, heç bir fakt tapılmır və həmin Ramin Rzayevin dediklərinin yalan olduğu ortaya çıxır”.



Xəbər 1405 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +