Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


15.03.2024  06:29 

Rusiyada prezident seçkilərinə start verilib





A+  A-

Rusiyada prezident seçkilərində səsverməyə start verilib.

Xəzərnews.az xəbər verir ki, seçki məntəqələri ölkənin şərqindən başlayaraq açılmağa başlayır.

Səsvermə üç gün çəkəcək, regionların üçdə birində o həm də elektron olacaq.

Hazırkı prezident Vladimir Putinin seçkilərdə üç opponenti var. Dövlət başçısı ilə yarışmağa Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutskiyə və Dövlət Dumasının sədr müavini Vladislav Davankova imkan verilib. Onlardan heç biri nə Rusiyanın Ukraynadakı müharibəsini, nə də birbaşa Putini tənqid edir.

Müstəqil namizədlər isə seçkilərə buraxılmayıb. Mərkəzi Seçki Komissiyası həm jurnalist Yekaterina Duntsova, həm də Vətəndaş Təşəbbüsü partiyası tərəfindən namizədliyi irəli sürülmüş siyasətçi Boris Nadejdini qeydiyyata almaqdan imtina edib. Hər ikisi müharibəni tənqid edir və savaşın dayandırılmasının tərəfdarıdırlar.

Gözəçarpan bir kampaniya aparan yeganə şəxs Vladimir Putin olub. Bu, onun beşinci seçkisi olacaq. Fevral və mart aylarında Putin fəal şəkildə ölkəni gəzib, hərbçilər, işçilər, alimlər, fermerlər və gənclərlə görüşüb. Bütün bu görüşlər seçkiqabağı tədbir olsa da, onlarda “seçki” çağırışları səslənməyib.

Qalan namizədlər isə diqqəti özlərinə cəlb etməməyə çalışıblar. Səsvermənin yeganə intriqası onlardan hansının ikinci yeri tutacağı və hansı nəticə ilə olacağıdır.

Bundan başqa, 2024-cü ildə Rusiya prezidenti ilk dəfə Ukraynanın 4 vilayətinin – Zaporojyenin, eləcə də Xerson, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində (ilhaq edilmiş Krımda prezident seçkiləri artıq 2018-ci ildə keçirilib) seçiləcək.

Bu bölgələrdə sakinlər də seçicilərin yaşadıqları hərbi vəziyyət şəraitinə uyğunlaşdırılaraq seçkilərdə fəal iştirak etməyə məcbur edilirlər.

İlhaq edilmiş ərazilərdə səsvermə erkən başlayıb. Bölgələrdə seçki məntəqələri fəaliyyət göstərir, lakin yerli qondarma hakimiyyət sakinləri evdə səs verməyə təşviq edir. Nəticədə komissiya üzvləri silahlı şəxslərin müşayiəti ilə birbaşa yaşayış yerinə gəlirlər.//report

Xəbər 240 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +