Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir


30.07.2022  12:26 

Zakir Həsənov komandanlara tapşırıq verdi





A+  A-

İyulun 30-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

XəzərNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycan Ordusuna yüksək qiymət verildiyini diqqətə çatdıran müdafiə naziri dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlərin Azərbaycan Ordusunun qarşısında qoyulan vacib tapşırıqlar olduğunu bildirib.

Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edən nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən qoşunlarda yoxlamaların keçiriləcəyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

General-polkovnik Z.Həsənov yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intevsivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair xüsusi göstərişlər verib.

Müdafiə naziri bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən tamamlanması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması, gənc əsgərlərin qəbulu, müvafiq bölmələrdə yerləşdirilməsi, həmçinin Hərbi Andiçmə mərasimlərinə hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunması barədə aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına riayət olunmasını təhlil edən general-polkovnik Z.Həsənov bu qaydaların şəxsi heyətə mütəmadi olaraq çatdırılması və onlar tərəfindən ciddi əməl olunmasına daim nəzarət edilməsinin vacibliyini xüsusi vurğulayıb.

Müşavirənin sonunda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Xəbər 1527 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.09.2024  12:36 

Sabah hava necə olacaq?

17.09.2024  16:24 

İlqar Mustafayev həbs edilib

16.09.2024  19:23 

Tuncelidə zəlzələ olub

16.09.2024  19:18 

Marmaris: Egeyin incisi

15.09.2024  16:09 

Sabahın havası açıqlanıb

13.09.2024  15:43 

Göyçayda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +