Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol


03.04.2017  15:03 

Türk şirkəti deputatın oğlunu məhkəməyə verdi





A+  A-

Türkiyənin Azərbaycanda fəaliyyət göstərən “Öz-AK” Tarım Gıda və Turizm Sənayesi və Ticarət Anonim Şirkəti Azərbaycanın millət vəkili Xanhüseyn Kazımlının oğlu Samir Kazımlıya qarşı məhkəmə iddiası qaldırıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, eyni tələblə S.Kazımlı da şirkətə qarşı iddia irəli sürüb. Hər iki tərəf dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir.

Yasamal rayon məhkəməsində baxılan şikayət üzrə verilən qərarla iddia təmin tədbiri təmin edilib. Lakin bu qərar tərəflərin heç birini razı salmayıb. Onlar apellyasiya şikayəti veriblər.

İş icraata qəbul edilib və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun sədrliyi ilə aprelin 5-də davam etdiriləcək.

Deputat X.Kazımlı “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: “Bu barədə Samirlə danışın. Mənim ətraflı məlumatım yoxdu”.

Xəbər 1017 dəfə oxunub.



03.06.2024  12:58 

Sabah hava necə olacaq ?

03.06.2024  11:27 

Arzu Orucov həbs edilib


BÜTÜN XƏBƏRLƏR +