Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


15.06.2022  10:21 

Kəbirə Məmmədova 10 minlərlə insanı necə aldadır?





A+  A-

Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Abdullayev Böyükağa Abdulla oğlu “Binə” Ticarət Mərkəzinin sahibəsi Kəbirə Məmmədovadan şikayətçidir.

Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən B.Abdullayev “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovadan şikayət edir:

“Kəbirə Məmmədova tərəfindən aldadılmış, son qəpiyinə kimi çörəkpulu əlindən alınmış, 10 minlərlə insandan biri də mənəm. Amma biləsiniz ki, mən aldadılmış ali təhsillilərdənəm. Balalarımın gələcəkdə dolanışıq yeri olsun deyə, K.Məmmədovaya 80 min ABŞ dolları verib dükan aldım. Məqsədim icarəyə verərək, cörəkpulu qazanmaq olub.

Kəbirə Məmmədovadan 80 min ABŞ dollarının əvəzində, bir vərəqdə cızma-qara yazılmış, möhürlənmiş müqavilə almışam. K.Məmmədova müqavilənin üzərində hər aldığı pulun qeydiyyatını aparmaqla, onu imzalamışdır.

Çox təəssüflər olsun ki, qabqcadan pulunu almasına, insanları şirnikləşdirərək vədlər verməsinə baxmayaraq, o gündən indiyədə nə dükan işləmir, nə də pulumuzu ala bilirik.

Bəs, Kəbirə Məmmədova kimdir ki, 10 minlərlə insanı aldadaraq pullarını əllərindən alsa da, heç kim ona “gözünün üstündə qaşın var” demir?! Ola bilərmi ki, aidiyyəti dövlət qurumları K.Məmmədovanın bu kimi qanunsuz əməllərindən xəbərsiz olsun? Əgər xəbərləri varsa, bəs nəyə görə barəsində tədbir görülmür? Nəyə görə, bu günə kimi məsuliyyətə cəlb edilməmişdir? Axı, Kəbrə Məmmədova kimdir ki, quldur qoçularının, cangüdənlərinin sayı Prezidentin, Birinci vitse-prezidentin mühafizəçilərinin sayından çoxdur?! Kəbirə Məmmədovanın qəbuluna düşüb, ondan pulunu istəyəndə hərdən adama elə gəlir ki, hansısa quldur dəstəsi tərəfindən mühasirəyə düşmüsən! Qısa müddətdə onun cangüdənlərindən - quldur-qoçu dəstəsindən canını qurtarmağa çalışırsan. Görəsən, aidiyyəti dövlət qurumları rəhbərlərinin K.Məmmədovanın bu kimi qanunsuz əməllərindən, ətrafındakı narkoman, quldur-qoçu dəstəsindən xəbərsizdirlər?! Onun quldur-qoçu dəstələri, cangüdənləri hansı haqla dövlətimizin Konstitusiyasını və onun bazasında yaradılmış “qılıncdan iti” qanunlarımızı saya salmır, ayaqları altında tapdalayırlar?! Kəbirə Məmmədova bilmir ki, qanunu bilən, dövləti, dövlətçiliyi dəstəkləyən, haqqın yolunda olan insanları onun quldur-qoçu dəstəsi qorxuda bilməyəcəkdir!



Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Kəbirə Məmmədova haqqında Sizin diqqətinizə çatdıracağım faktlar çoxdur. Hələlik, bir məsələni xüsusilə qeyd etmək istəyirəm. K.Məmmədovanın pul verib mətbuat orqanlarında özünün barəsində yazdırdığı yazılarla tanış oldum. İstənilən vətəndaş da həmin yazılarla tanış ola bilər. Hansı ki, bu yazılarda Kəbirə Məmmədovanın şəninə təriflər söylənilir.

Elə təriflər yağdırılır ki, hərdən adam elə gəlir, elə bil 44 günlük müharibədə qələbəni Ali Baş komandan və Azərbaycan ordusu yox, Kəbirə Məmmədova qazanmışdır! Bu yazıları oxuyandan adam mat-məəttəl qalır. Axı, aidiyyəti qurumlar soruşmurlar ki, “Kəbrə Məmmədova, sənə tapşırılan hansı vəzifədir ki, onun öhdəsindən layiqincə gəldiyini deyir, özünü tərif etdirirsən?!” Soruşan yoxdur ki, axı, sən nə işlə məşğul olursan ki, özünü xeyirxah, ziyalı, yaradıcı, dövlət səviyyəli şəxslərin səviyyəsində, onlara bərabər, hətta onlardan da yüksəklərdə tutursan?!

Çox təəssüflər olsun ki, Kəbirə Məmmədova şəninə tərif yazdırmaqdan başqa, “Binə” Ticarət Mərkəzində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan 10 minlərlə insanın dövlətə vergi verməsini yox, onları necə aldatmaq yolları barədə düşünür. Hər halda, aidiyyəti qurumların bu haqda dəlillər əldə etməsi üçün “Binə” Ticarət Mərkəzində cəmi bir neçə saatlıq araşdırma aparmaları yetərli olar. Biz də, öz növbəmizdə bu haqda daha ətraflı məlumat verməyə çalışacağıq”./Hurriyyet.az

Xəbər 1163 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +