İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.12.2021  16:04 

“Müğənni kimdir ki?“ - Afət Fərmanqızı





A+  A-

Əməkdar artist Cavanşir Məmmədovun açıqlaması müzakirələrə səbəb olub. Müğənni "Tarixin bir günü" verilişində sənət adamları ilə bağlı ideya irəli sürüb. O bildirib ki, insanlardan müğənnilərə yardım üçün pul yığılmalıdır.

"Bankda hesab açılmalıdır. Tutaq ki, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün. Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər" , - deyə müğənni əlavə edib.

Müğənni Afət Fərmanqızı həmkarımın irəli sürdüyü ideya ilə razılaşmayıb.

O, əksinə, sənətçilərin insanlara kömək etməli olduqlarını qeyd edib:

"Cavanşir müəllimə hörmətimiz böyükdür. İndi o insan elə düşünür. Amma mən o fikirlə razı deyiləm. Müğənninin yarım saat oxumağı müəlimin, həkimin 2 aylıq maaşından çox eləyir. Ona görə hələ müğənni xalqa yardım etməlidir. Müğənni də, xalq artisti də xəstələnsin. Hamının balası özünə əzizdir. Əksinə qəlbi keçən şəxslər şəhidlərimizin ailələri, vətəni qoruyanlar üçün yardm etməlidir. Yoxsa müğənni kimdir ki?", - deyə Afət Fərmanqızı bildirib./ Bizim.media

Xəbər 1125 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +