İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


03.02.2024  12:31 

Seçkidən sonra: İcra hakimiyyətləri ləğv olunacaq?





A+  A-

Azərbaycanda keçiriləcək 7 fevral tarixli növbədənkənar prezident seçkilərindən sonra referendumun da olacağı barədə məlumat yayılıb.

Bununla bağlı müzakirə olunan məsələlər arasında ən çox diqqət çəkən inzibati-ərazi bölgüsündə dəyişiklik və İcra hakimiyyəti sturukturlarının ləğvi ilə bağlıdır.

Hesab olunur ki, mərkəzdən təyin olunacaq nümayəndələr tərəfindən idarə ediləcək vahidlərin sayının azaldılması həm dövlət resurslarının daha qənaətcil istifadəsinə, həm də ərazilərin inkişafında tarixi-coğrafi əlaqələrin insitutlaşmasına səbəb ola bilər.

Məlumat üçün bildirək ki, icra hakimiyyətlərinin ləğvi ilə bağlı müzakirələr yeni deyil. 2021-ci ilin yanvar ayının 19-da dövlət başçısının imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri institutu yaradılıb. Fərmanda qeyd olunub ki, məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır.

Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bundan başqa, dövlət başçısı Naxçıvana prezidentin səlahiyyətli nümayəndəsini təyin edib. Prezident İlham Əliyev hələ ötən ilin mart ayında yeni idarəetmə modelinin bütün ölkə üzrə tətbiq olunmasının anonsunu da verib:

"Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir”,- dövlat başçısı vurğulayıb.

Bu məsələ seçkilərdən sonra İcra hakmiyyətlərinin ləğvi məsələsini yenidən gündəmə gətirir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Modern.az-a bildirib ki, prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatlar davam etdiriləcək:

"Təbii ki, bu islahatlar regional idarəçiliyi də əhatə edəcək. Qanunvericiliyin tələblərinə uyğun olaraq yeni hökumət formalaşdırılacaq. Ölkədə aparılan islahatlar fonunda İcra hakimiyyətlərin ləğvi də gündəmdədir. Amma qeyd edim ki, bunlar sadə qanunvericiliklə deyil, Konstitusiyaya dəyişikliklə edilməlidir.

İcra hakimiyyətlərinin statusu Azərbaycan Konstitusiyası ilə tənzimlənir. Ona görə də bu qurumların ləğv olunması üçün referundum keçirilməlidir. Bununla bağlı məsələnin isə gündəmdə olduğu barədə məlumatım yoxdur. Zərurət yaranarsa, xüsusi nümayəndəliklərin təyin olunması baş verə bilər. Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bu üsul özünü doğruldur. Düşünürəm ki, ehtiyac yaranarsa, digər ərazilərdə də yaradıla bilər”,-deyə o bildirib.

Xəbər 954 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +