İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


23.03.2023  22:33 

Gömrükdə “tuman əməliyyatı?”





A+  A-

Bayram günlərində dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Ölkədə sabitliyi təmin etmək, həyatın normal ahəngini qorumaq, dələduzların sui-istifadə hallarının qarşısını almaq üçün buna ehtiyac var. Axı vətəndaşın rahatlığını təmin etmək dövlətin başlıca vəzifəsidir...

Hər dəfə bayram öncəsi dövlət qurumları, xüsusilə də güc strukturları bu barədə cəmiyyəti məlumatlandırır. Dövlət qurumlarının ayıq-sayıqlığı vətəndaşın təhlükəsizliyinin təminatıdır. Həyata keçirilən tədbirlər, görülən işlər barədə cəmiyyəti məlumatlandırmaq təkcə hesabatlılıq nümunəsi deyil, həm də şəffaflıq əlamətidir.

Bayram günlərdə gücləndirilmiş iş rejimində fəalliyət göstərən rəsmi qurumlardan biri də Dövlət Gömrük Komitəsidir. Komitənin bu gün ictimaiyyət üçün açıqladığı məlumatlardan aydın olur ki, gömrük orqanına bəyan edilməyən brend geyim əşyaları aşkar olunub.

Rəsmi məlumat belədir: "Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının “CİP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən xeyli miqdarda müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub. Faktla bağlı araşdırma aparılır".

Qeyd edək ki, paylaşımı həmin malların fotoları müşayiət edir. Vətəndaşlar təqdim olunan fotoda ölkəyə girişi qadağan olunun hər hansı məhsulun olmadığını deyərək, Dövlət Komitəsinin açıqlamısını yersiz adlandırıblar. Fotoda idman geyimləri, ayaqqabılar, əl çantası, şortik, uşaq alt tumanı və oxşar ləvazimatlar, eyni zamanda zinət əşyası görünür. Sosial şəbəkə istifadəçiləri paylaşıma şərh yazaraq sual ediblər: Ölkəyə tuman gətirmək nə vaxtdan qadağan olunub?

DGK rəsmiləri və bu qurumun adından iddialara cavab verən mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki, vətəndaşın çantasında aşkarlanan məhsulların ümumi dəyəri 800 dollardan çox olduğu üçün mütləq gömrük bəyannaməsində qeyd olunmalıydı.

Bəs həmin çantada aşkarlanan malların dəyəri nə qədərdir? Bu haqda DGK heç bir açıqlama verməyib. Elə paylaşımın tənqidlərlə üzləşməsinə səbəb bu amil olub. Dəqiq rəqəm yoxdur. Amma bəzi şəxslərin təxmini hesablamalarına görə bu fotoda görünən malların qiyməti 100 min manat civarındadır.

Qurum bildirir ki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən şəxsi istehlak üçün hər bir şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğində mal gətirə bilər. Həmin məbləğdən artıq olduqda isə məhsullar mütləq şəkildə gömrük orqanına bəyan olunmalıdır.

İndi DGK-nı hədəfə gətirən başqa məqamlar da var. Vətəndaş gətirdiyi malları gömrük bəyannaməsində qeyd etməyəndə onun cəzası nə olur? Daha konkret desək, sosial şəbəkə istifadəçiləri soruşur ki, həmin tumanları kim geyinəcək? Gömrükdə müsadirə olunan siqaretlərin Vətən Müharibəsi zamanı cəbhəyə göndərilməsi tapşırığı verilməsinə baxmayaraq, qara bazarda satılması faktı kimi təkrar olunacaqmı?

Oxşar suallar çox olsa da, cavab yoxdur. Çünki vətəndaşın alt tumanının şəkilinin yaymağın məntiqi izahı yoxdur.../Yenisabah.az

Xəbər 647 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +