Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


21.02.2023  09:46 

Həbsdən azad edəcəyi adı ilə 24 min manatını ələ keçirdi





A+  A-

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı dələduzluq, oğurluq cinayətləri törədən, narkotiklərin dövriyyəsi və satışı ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən, “Vüqar” adlı şəxsin onun yaxın dostunu cəzaçəkmə müəssisəsindən azad etdirəcəyi kimi yalan vədlər verərək 24 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini Vüqar Əlizadə şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib. Saxlanılan şəxsin digər analoji cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır.

Keçirilən digər əməliyyat zamanı isə rayon ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən oğurluq edən rayon sakini Azər Əzizov tutulub. Onun evdə heç kimin olmadığı müddətdə həmin ünvana daxil olduğu, tikintidə və məişətdə istifadə olunan əşyaları oğurladığı müəyyən edilib. A.Əzizov oğurladıqlarının bir qismini satsa da, bəziləri onun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş 4 nəfər- Fərid Qazaxov, Ağaseyid Qarayev, Rəsul İsmayılov və Şahmar Soltanov saxlanılıb. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təqdim olunub.

Qeyd edək ki, Ş.Soltanov bir müddət əvvəl də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən eyni əməlinə görə tutulub.

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə 11 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanunamüvafiq tədbir görülüb.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər 439 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +