Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


26.11.2022  12:50 

FHN qazdoldurma məntəqəsini bağladı - Video





A+  A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib:

- obyekt yanğın avtomatika qurğuları ilə təmin edilməyib;

- elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- ildırımın təsirindən və statik elektrikləşmənin boşalmasından mühafizə olunmaq üçün bütün metal aparatların yerlə birləşdirilməsi təmin olunmayıb;

- sıxılmış maye qaz balonlarının saxlanılması “Təzyiq altında işləyən tutumların (qabların) quruluşu və təhlükəsiz istismarı qaydaları”nın tələblərinə cavab vermir;

- partlayış təhlükəli stansiya otaqlarında, sıxılmış qaz və yanar qaz balonları saxlanılan otaqda hava-qaz qatılığının partlayış həddini bildirən siqnalizasiya cihazı quraşdırılmayıb;

- yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında təhlükəsizlik lövhəcikləri yerləşdirilməyib;

- obyektin istismar edilməsi Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində işlərin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin sahibi Abdıyev Şahmurad Abbas oğluna təqdim edilib”, - məlumatda qeyd edilib.



Xəbər 423 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +