Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.07.2022  11:49 

Media Reyestrinə hazırlığın ilkin mərhələsi başa çatıb





A+  A-

Media Reyestrinə hazırlığın ilkin mərhələsi artıq başa çatıb və işçi qaydada müvafiq orqanlarla müzakirə olunur. Düşünürük ki, müəyyən olunmuş müddətdə onun həyata keçirilməsinə nail olacağıq.

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Milli Mətbuat Günü ərəfəsində Azərbaycanda media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-a müsahibəsində bildirib.

MEDİA-nın İcraçı direktoru qeyd edib ki, Media Reyestri Azərbaycanda media mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırılmasına şərait yaradan vasitələrdən biridir. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.

Onun sözlərinə görə, reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə, müasir dövrün çağırışlarına uyğunlaşdırılmışdır. Onsuz da bu məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr, sadəcə, onları vahid bazada toplayacaq və pərakəndəliyin qarşısını alacaqdır.

“Tələb olunan rəsmi məlumatın toplanmasında məqsəd həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin edilməsi, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısının alınmasıdır. Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını dəstəkləmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq. Beləliklə, yaranacaq mühit rəqabət şəraitində peşəkar medianın önə çıxmasını və inkişafını təmin edəcəkdir”, - deyə Əhməd İsmayılov vurğulayıb.

Xəbər 1137 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +