Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


05.07.2022  09:20 

“Evi maşını, bağ – nəyim varsa Şahmar Vəliyev əlimdən aldı”





A+  A-

Hərbi prokuror Xanlar Vəliyev və Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı dələduzluqda ittiham olunan Cəfər Əliyev məhkəmədə ifadə verib.

O, hərbi prokurorun qardaşını ittiham edib. Deyib ki, evi, maşını, bağı – nəyi varsa, hamısını Şahmar Vəliyev əlindən alıb.

Cəfər Əliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İyulun 4-də hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında Cəfər Əliyev bildirib ki, plastik boru istehsalı üçün lazım olan material (“kroşka”) biznesi ilə məşğul olub.

Həmin məhsullar İrandan gətirilib. Oradan göndərən isə Əkbər adlı İran vətəndaşı olub.

Cəfər Əliyevin sözlərinə görə, hazırda iş üzrə zərərçəkmiş qismində tanınan şəxslər – Şahmar Vəliyev, Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkrəm Əliyev ona “kroşka” üçün pul verib. O da hər dəfə İrandan malı gətirib, onlara çatdırıb. Lakin sonuncu dəfə pulları Əkbərə göndərsə də, o, “yoxa çıxıb” və zənglərə cavab verməyib.

Cəfər Əliyev deyir ki, Əkbəri çox axtarsa da, tapa bilməyib. Pul sahibləri isə məhsulları ondan tələb etməyə başlayıb və bir müddət sonra ondan şikayətçi olublar.

Cəfər Əliyev ifadəsində onu da vurğulayıb ki, İran vətəndaşı onu aldadaraq pis vəziyyətə qoyandan sonra özünü öldürmək istəyib: “İntihara əl atıb, özümü öldürməyə cəhd etmişdim. Mən 26 ildir ki, Bakıdayam, heç kimin 1 manatını yeməmişəm…”

Cinayət işində 5 nəfər zərərçəkmişdən ümumilikdə 1 milyon dollardan çox pul alındığı iddia olunur.

Bunun da təxminən yarısı – 580 min dolları Şahmar Vəliyevindir.

Cəfər Əliyev isə bildirib ki, ona dəymiş ziyanın əvəzi ödənilib.

Şahmar Vəliyevsə hər şeyini əlindən alıb. Bu məqsədlə o, xüsusi bir plan qurub:

“Onun Quliyev Etibar adlı işçisi var, onunla mənim aramda notarial qaydada borc müqaviləsi bağlatdırdı. Guya mən ondan 550 min dollar borc almışam. Halbuki belə bir şey olmayıb. Sonra da o müqavilə ilə məni məhkəməyə verib, o pulu tələb etdilər. İşi əmlakıma yönləndirdilər və hamısını aldılar”.

Şahlar Vəliyev məhkəməyə gəlməyib. Məhkəmə iclaslarına öz vəkilini göndərir.

Vəkili Cəfər Vəliyevə qarşı şikayətçi olduqlarını, ondan 580 min dolları tələb etdiklərini bildirir.

İyulun 4-də məhkəmədə çıxış edən zərərçəkmiş Sadıq Yusifov isə ona təxminən 130 min dollar ziyan dəysə də, Cəfər Əliyevdən şikayətçi olmadığını bildirib:

“Məndən 145 min dollar pul almışdı. İş görmüşük. Təxminən 15 min vermişdi, 130 min qalmışdı. Mən lap güzəşt eləyib 100 min sayıram. Bu kişi iş görüb, kiməsə pul verib, qaytarmayıb. Sonra da pandemiya düşdü. Evin, bağın, maşının da alıblar əlindən. Biz şikayətçi olmaqla nə qazanacağıq? Mən şikayətçi deyiləm…”.

Bir neçə başqa zərərçəkmiş də şikayətçi olmadığını söyləyib.

Məhkəmə araşdırmaları davam edir.

Şahmar Vəliyev və ailəsi ölkənin müxtəlif yerlərində bir sıra sənaye müəssisələri, bazar və iaşə obyektlərinin sahibidir.

Xəbər 1219 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +