Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.04.2022  12:32 

Rusiya necə də “mərhəmət“li ölkəymiş, İlahi!





A+  A-

Rusiyanın baş diplomatına gülən olmasa, vallah, qırmızılığına salıb iddia edər ki, Rusiya əsgərləri eynən mələk kimidirlər, onların sadə ukraynalılarla heç bir işi yoxdur, uşaqları və qocaları öldürmürlər, qadınları zorlamırlar, evləri bombalamırlar...

Sergey Lavrov sanki üzərinə öhdəlik götürüb. O, bütün təcrübəsini, bacarığını işə salaraq Rusiya ordusunun Ukrayna şəhərlərində törətdiyi vəhşilikləri ciddi-cəhdlə ört-basdır etməyə, daha doğrusu, inkar etməyə çalışır.

Rusiya XİN-in başçısı bu günkü açıqlamasında rus ordusunun Ukraynada mülki insanların öldürülməsi haqda iddiaları növbəti dəfə rədd edib.

Özü də son 55 gündə "feyk" (fake) sözünü də tutuquşu kimi əzbərləyib. Dünya xəbər agentliklərinin qətliamların baş verdiyi Ukrayna yaşayış məntəqələrindən çəkib yayımladıqları reportajların hamısını S.Lavrov "feyk nyus" (saxta xəbər, uydurma məlumat) damğası ilə damğalayır.

Bu arada dünya və Azərbaycan fotoqraflarının Rusiya ordusunun xarabalığa çevirdiyi Buça, İrpen, Qostomel, Xarkov və digər məntəqələrdən çəkdiyi şəkillərin əks etdirdiyi fəci görüntüləri nəinki Lavrov, heç Putin də inkar edə bilməz.

Amma inkar edirlər.

Bəli, Lavrov utanıb qızarmadan ağ yalanlar üyüdür. Deyir ki, biz Ukraynada yalnız hərbi obyektləri hədəfə almışıq, mülki məntəqələri vurmuruq...

Sitat:

“Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında yalnız hərbi obyektlər hədəfə alınıb, mülki məntəqələr vurulmayıb. Ukrayna ordusu atəşkəs rejimini pozaraq Luqansk - Donetskə hücumlarını artırıb. Bu respublikaları tanımaq və onların tələblərinə cavab verməkdən başqa çarə yox idi. Vladimir Putin ABŞ və NATO-nu danışıqlar masasına oturmağa və hüquqi təhlükəsizlik təminatları ilə NATO-nun Şərqdə daha da genişlənməsini müzakirə etməyə dəvət etdi, lakin onlar bundan imtina etdilər. Sizi bir daha əmin edə bilərəm ki, mülki əhaliyə və beynəlxalq insan haqlarına uyğun olaraq Rusiya ordusu Ukraynanın hərbi infrastrukturunu hədəfə alıb. Donetsk və Luqanskın tələbi ilə prezident Putin bəyan edib ki, bu əməliyyatın əsas məqsədi BMT Konvensiyasının 51-ci maddəsinə tam uyğun olaraq hərbi əməliyyatın məqsədi silahsızlaşdımadır”.

Lavrovun sözündən belə çıxır ki, Ukraynada son 55 gündə qətlə yetirilən 3 mindən çox mülki vətəndaşı, 200-dən çox körpəni rusiyalı hərbçilər yox, UNO-lar (yadplanetlilər) öldürüb.

Bu qədər acımasız yalanları uydurmaq üçün bir insan, bir diplomat görəsən, nə qədər və hansı həddəcən yalançı olmalıdır?

Zənnimcə, bütün dünyanın diqqətinin Ukraynada baş verən müsibətlərə yönəldiyi bir məqamda gözünü qırpmadan ağ yalan söyləməyi yalnız Lavrov kimi ruhunu qeyb etmiş, vicdanını iblisə satmış "insan"lar bacarar.

Ancaq bu günlərdə Ukraynada çəkilişlərdən qayıtmış tanınmış fotoqraf Əziz Kərimovun sadəcə bu müxtəsər qeydlərini oxumaq kifayət edər ki, Lavrovun yalan danışdığına bir daha tam əmin olasınız:

“İlk gün metroda gecələdik. 100-200 metr aralıya bombalar yağırdı. Elə yerlər vardı, meyit səpələnmişdi, küçə tamamilə qan idi. Ətrafdakı cəsədlərin qoxusu adamı narahat edirdi, hər gün meyit görürdüm... Rusiya ordusu orada insanlara qarşı soyqırımı törədib. Əli bağlı quyuya atılan kim, yolda öldürülən kim... 5 dəqiqə keçdikdən sonra yenidən atışma başladı. Elə bombardman görməmişdim, binalar titrəyirdi, yer ayağımızın altından qaçırdı".

Bax belə.

Yalan söyləmək də bir istedaddır. Bu da bir ustalıq tələb edir. Əxlaqlı adamlar yalan danışanda üzlərində xəfif qızartı yaranır. Rusiyanın baş diplomatı isə nə utanır, nədəki qızarır. Çünki keçmiş sovet ideoloji məktəbinin diplomatlara aşıladığı ən başlıca keyfiyyətlərdən biri məhz hamının gördüyü, bildiyi həqiqətləri açıq-aşkar inkar etmək idi. Lavrov da bu prinsipi mükəmməl mənimsəyib. Böyük yalançı kimi hətta Ginnesin məlum və məşhur kitabına da düşə bilər.

P.S.
Yalançılığı, inkarçılığı azmış kimi, Lavrov Ukraynaya minnət də qoyur. Deyir ki, "Rusiya əməliyyatlar zamanı nüvə silahından istifadə etməyəcək və adi silahlarla əməliyyatlarını davam etdirir"...

Rusiya necə də "mərhəmət"li ölkəymiş, İlahi!

Bəybala Mirzəyev

Xəbər 4488 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +