İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


09.03.2022  14:45 

Generalın qohumuna və məhkəmə sədrinin kürəkəninə iş istənildi - Məhkəmə





A+  A-

Bakı Baş Gömrük İdarəsində müxtəlif vəzifələrdə çalışmış şəxslərə 8 il ildən 8 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Onların arasında yüksək vəzifəli şəxslərin qohumları da var.

Sabiq gömrükçülərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Prokuror bildirib ki, aylarla davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərə verilmiş rüşvət alma ittihamı sübuta yetirilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Elmar Mirzəyevə 8 il 6 ay, Mirağa Ağayev və Orxan Zöhrabova 8 il 3 ay, Sadiq İsgəndərov, Emin Xəlilov və Azər Baxşıyevə 8 il 2 ay, Rafael Əzizova 8 il 1 ay, Ceyhun Şabanova isə 8 il həbs cəzası verilməsini təklif edib.

Bundan öncəki məhkəmə iclasında prokurorun çıxış edib, təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənildiyi halda, o, məhkəmə istintaqının təzələnməsini təklif etmişdi. Dövlət ittihamçısı təklifini əsaslandırarkən bildirmişdi ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yeni Əsasnamə daxil olub. Həmin Əsasnamə ilə cinayət işinin materialları arasında olan Əsasnamə arasında ziddiyyətlər var. Bu ziddiyyətlər nəzərə alınaraq, indiki vəziyyətdə istintaq yekunlaşa bilməz. Hakim isə prokurorun təqdim etdiyi yeni Əsasnamə ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanacağını bildirmişdi.

Bundan bir həftə sonra keçirilən iclasda isə prokuror fərqli mövqedən çıxış etdi, təqsirləndirilən şəxslərə cəza istədi.

Hakim də Dövlət Gömrük Komitəsinə müraciətin nəticəsi barədə proses iştirakçılarına məlumat verib. Dövlət Gömrük Komitəsinin cavabında iddia olunur ki, prokurorun təqdim etdiyi yeni sənəd əsassızdır. Dövlət Gömrük Komitəsi prokurorluğa heç bir məktub göndərməyib.

Hakim əlavə edib ki, Dövlət Gömrük Komitəsinin xəbərsiz olduğu əsasnamə ilə bağlı araşdırma aparılması üçün xüsusi qərar çıxarılacaq.

Prokurorun ağır cəza tələbindən sonra vəkillər müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Onlar martın 14-də çıxış edəcək.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2021-ci ilin mayında Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Saxlanılanlar arasında Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, bu qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunun inspektoru Mirağa Ağayev, “Global Broker” MMC-nin direktoru, eyni zamanda, “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov və digərləri var.

Təqsirləndirilən şəxslərə qarşı bir qrup şəxs tərəfindən təkrar rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. Lakin onların heç biri ittihamı qəbul etmir, özlərini təqsirli bilmir.

Təqsirləndirilən şəxslərdən Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir. Emin Xəlilov isə gömrük sistemində çalışan generallardan birinin yaxın qohumudur./Meydan TV

Xəbər 1225 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +