İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


01.10.2021  17:53 

Ukraynada yaşayan etnik gənclərin beynəlxalq Radası qurulacaq





A+  A-

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov və Ze! Molodejka Gənclər Hərəkatının rəhbəriliyi arasında görüş olub.
Bu barədə məlumatı XəzərNews-a Ceyhun Məmmədov bildirib.

Ze! Molodejka gənclər hərəkatının mərkəzi ofisində baş tutan görüşdə Ukrayna Ali Radasının deputatı, Ze! Molodejka hərəkatının rəhbəri Aleksandr Sanchenko, katibliyinin rəhbəri Vladimir Misailo, Beynəlxalq əlaqələr Departamentinin rəhbəri Alina Poddubnaya və Ukrayna Dialoq və Kommunikasiya Mərkəzinin rəhbəri Şeyx İmad Abu Alrub iştirak ediblər.

UAR baş katibinə Ze! Molodejka hərəkatının fəaliyyəti haqqında geniş məlumat verən Beynəlxalq əlaqələr Departamentinin rəhbəri Alina Poddubnaya azərbaycanlı gənclərlə intensiv əlaqə qurmaq arzusunda olduqlarını vurğulayıb. Bu məqsədlə Azərbaycandan "Yeni Azərbaycan" partiyasının gəncər təşkilatını Ukraynaya dəvət etdiklərini bildirib. "Oktyabrın 28-də Xarkovda başlayacaq olan görüşlərimiz ayın 30-da Kievdə yekunlaşacaq" - deyən Departament rəhbəri əməkdaşlığın faydalı olacağına inandığını deyib. 

"Hərəkatın məqsədi demokratik prinsip və fikirlərini bölüşən, Ukraynanın inkişafı üçün çalışmaq istəyən fəal gəncləri birləşdirməkdir. Biz istəyirik ki gəncər qanunların qəbulu prosesindən başlayaraq siyasətin hər sahəsində akiv iştırak etsinlər" - deyən Ukrayna Ali Radasının deputatı, Ze! Molodejka Hərəkatının rəhbəri Aleksandr Sanchenko bildirib ki, hərəkat gənclər üçün bir sıçrayış platformasıdır:  “Ze! Molodejka üzvləri ölkədə gedən siyasi prosesləri həmyaşıdlarına başa düşülən bir şəkildə izah edəcək və onları doğru məlumatlandırmaqla məşğul olacaqlar”. 

"Gənclər siyasətinin əsasları haqqında" qanun layihəsinin də müəllifi olan millət vəkili Ukraynada yaşayan etnik gənclərin beynəlxalq Radasının qurulmasının zamanı gəldiyini bildirib.

UAR baş katibi Ceyhun Məmmədov gənclər siyasətinin önəmini vurğulayıb: “Gənclər bizim gələcəyimizdir. Bu günün gəncləri sahabın siyasətçiləri və liderləridir. Gəncləri olmayan siyasi hərəkatların tənəzzülü qaçınılmazdır”. 

Ukraynada yaşayan etnik gənclərin beynəlxalq Radasının qurulmasına dəstək verəcəklərini bildirən C.Məmmədov Ukrayna-Azərbaycan formunun iştiraksılarını UAR ofisində təşkil olunan fotosərgiyə dəvət edib.

Ze! Molodejka katibliyinin rəhbəri Vladimir Misailo isə bildirib ki gənclərin siyəsətçilərlə mütəmadi görüşləri həm siyasilər, həm də gənclər üçün önəmlidir. V.Misaylo "biz gənclərin gələcəyi üçün gənclərlə birlikdə çalışmalıyıq" - deyə vurğulayıb.

Ukrayna və ərəb dünyası arasında əlaqələrdən danışan Dialoq və Kommunikasiya Mərkəzinin rəhbəri Şeyx İmad Abu Alrub münasibətlərin inkışafında diasporun əhəmiyyətini vurğulayıb.

Görüşdə Ukrayna hakim “Sluqa Naroda” partiyasının gənclik qolu olan Ze! Molodejka Hərəkatı və Ukrayna Azərbaycanlıları Radası arasındakı əlaqələrin hərtərəfli inkişaf etdirilməsi qərara alınıb.

Xəbər 1430 dəfə oxunub.




14.05.2024  10:51 

Antoni Blinken Kiyevə gedib

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +