İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.06.2021  17:04 

“Cəmiyyətin 60 faizinin vaksinasiyasına nail olmalıyıq”





A+  A-

“Son günlər Azərbaycanda koronavirusa yoluxma sayındakı reallıqlar, eləcə də, artıq bir neçə gündür COVID-ə bağlı ölümün qeydə alınmaması bir neçə səbəblə bağlıdır. Bunların başında ölkədə aparılan pandemiya ilə mübarizənin effektivliyi durur. İkinci səbəb vaksinasiyanın təsiri, üçüncü isə regionda və dünyada xəstəliyin yayılmasındakı sönmədir”.
XəzərNews.az-ın məlumatına görə, bunu “Qafqazinfo”ya Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, cəmiyyət bu mübarizədə dövlətin yanında olmalıdır: “Cəmiyyət bu nəticələr fonunda qarşıya belə bir hədəf qoymalıdır ki, gələcəkdə, xüsusən payız aylarına keçiddə dünyada və ölkəmizdə ola biləcək yeni dalğa qarşısında daha təhlükəsiz və daha effektiv mübarizədə dövlətin aparmış olduğu mübarizənin yanında olsun. Peyvəndləmənin ortalama olaraq, cəmiyyətin 60 faizə qədərinin əhatə olunmasına nail olunsun. Ümidvaram ki, bu gün cəmiyyətdə peyvəndə olan münasibət və eləcə də, dövlətin bu məsələnin həllində ortaya qoyduğu səylər birləşəcək, artıq payız aylarına daha böyük vaksinasiya rəqəmləri ilə qədəm qoya bilərik. Bütün bunlar gələcəkdə həm ölkədaxili, həm də xarici ölkələrə səyahətlərimiz, sosial-mədəni, iqtisadi fəallığımızın davamlılığının saxlanılmasında vacib rol oynayacaq”.

Xəbər 2168 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +