Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.10.2020  11:45 

Hərbi xidmətə çağırılanlardan koronavirus testi götürülür





A+  A-

Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi məqsədilə yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsində monitorinq keçirib.
XəzərNews.az-ın məlumatına görə, işçi qrupunun üzvü Nailə Daşdəmirova bildirib ki, hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayının artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır. Məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) saat 08:00-dan saat 20:00-dək fəaliyyət göstərir. İş yükünün artması səbəbindən məntəqələrə əlavə tibb işçiləri cəlb olunub:

“Sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub. Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümunələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir neçə saat ərzində əldə olunur, nəticədən asılı olaraq müvafiq tədbirlər görülür”.

N. Daşdəmirova qeyd edib ki, oktyabrın 11-də başlayan 3-cü monitorinq 21 oktyabrda yekunlaşıb. İşçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərliklərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidməti keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib.

O bildirib ki, 814 Çağrı Mərkəzi və poliklinikalara daxil olan müraciətlər dəyərləndirilməli sahə həkimlərinə yönəldilməlidir:

“Sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən etməli, test ev şəraitində götürülməli, qısa müddətdə cavablandırılmalı, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatları xəstəyə çatdırılmalı, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlanılmalı və vəziyyəti haqda qeydlər tibbi kartlara daxil edilməlidir. Müraciət edən şəxslərin xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda dərhal onların son zaman təmasda olduqları ailə üzvlərinin müəyyən olunması həyata keçirilir. Bundan sonra koronavirusa yoluxmuş şəxslərin yaxınlarından ev şəraitində testlər götürülür və onlar müvafiq qaydada izolyasiya edilir”.

Xəbər 762 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +