İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


14.01.2019  11:58 

NATO-nu qorxudan RAKET: “Uğursuz hazırlanıb”





A+  A-

Qərblə Rusiya arasında diplomatik sahədə olduğu kimi, hərbi sferada da gərginlik davam edir.
XəzərNews.az-ın xəbərinə görə, Almaniyanın nüfuzlu “Die Welt” nəşri Rusiyanın 9M729 raket sistemlərinin NATO-da qorxu yaratdığını yazıb.

Əslində Rusiya bu tip raket sistemləri ilə 1987-ci ildə imzalanmış müqavilənin şərtlərini pozur.

Moskva isə bütün ittihamları rədd edir, eyni tonda və məzmunda Qərbi təqsirləndirir.

Qeyd edək ki, yaxın və orta mənzilli raketlərin ləğvi üzrə müqavilə 1987-ci ili dekabrın 8-də ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanıb.

Müqavilə hər iki ölkənin mənzili 500-5500 km olan balistik raketləri məhv etməsini şərtləndirir.

Bununla yanaşı, ekspertlər mübahisəli məqamlara da diqqət çəkirlər. Belə ki, müqavilə yalnız yerüstü silahlanmaya aiddir, bura sualtı gəmilərdən və təyyarələrdən atılan mərmilər daxil deyil.

Ötən ilin noyabrın sonunda ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Kouts belə fikir səsləndirdi ki, Rusiya tərəfinin addımları hərb sahəsinin ən məşhur sirlərindən sayılır.

2000-ci illərin ortalarından etibarən Rusiya nüvə yükləri ilə təchiz edilə bilən yeni yerüstü silahlar hazırlayır.

İndi isə əsas iddia ondan ibarətdir ki, Rusiya daha güclü qanadlı raketlər hazırlayıb və məhz 9M729 raketləri eyni zamanda “İsgəndər” sistemindən də buraxıla bilər.

“ST Analytics” şirkətinin rəhbəri, hərbi ekspert Markus Şiller qeyd edir ki, bu raket sistemində texniki nöqteyi-nəzərdən gözlənilməzlik olmayacaq.

“9M729 raketi 500 kilometrdən çox məsafələr üçün nəzərdə tutulmağına və müqavilənin şərtlərinin pozulmasına baxmayaraq texniki baxımdan sürprizlər olmayacaq. Bu raketlər texniki baxımdan çox uğursuz formada hazırlanır”-deyə Markus Şiller bildirib.

Ekspertin fikrincə, təhlükəli hesab olunan raket yanacaq mühərrikinin köməyi ilə nəqliyyat-işəsalma qurğusundan buraxılır. Sonra isə hədəfə yaxınlaşmaq üçün turboreaktiv mühərrikdən istifadə olunur, bu, təyyarələrdə də belədir.

“Ballistik raketdən fərqli olaraq, onlar çox da yüksəyə qalxa bilmirlər və hədəfə aşağı hündürlükdə yaxınlaşırlar. Bu, hətta 100 metrdən də aşağı ola bilər” – hərbi ekspert qeyd edir.

Xəbər 922 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +