Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


05.12.2018  08:43 

Azərbaycana gələn quşların sayı azalıb





A+  A-

Azərbaycanda bəzi yerlərdə yaşayış yerlərinin salınması və göllərin qurudulması ölkəmizə qışlamaq üçün köç edən quşların sayının azalmasına təsir göstərib.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, AMEA Zoologiya İnstitutunun Ornitologiya işçi qrupunun rəhbəri, dosent Elçin Sultanov deyib.

E.Sultanov bildirib ki, vaxtilə Kürdəmir rayonundakı Qarasu gölünün ətrafında yüzminlərə quş qışlayırdı. Lakin bu gölün qurudulması nəticəsində həmin quşlar ovlamaq üçün başqa yerlərə getməyə məcbur olublar.

Mütəxəssis analoji vəziyyətin digər göllərdə də müşahidə edildiyini söyləyib: "Əvvəl Ağgöl kiçik bir göl idi, indi isə o böyüdülüb, onun yanındakı Mehman gölü isə böyük göl idi, indi o quruyub. Əvvəllər Hacıqabul gölünün ətrafında da quşlar qışlayırdı. İndi bu göl də quruyub. O, bərpa edildikdən sonra orada xeyli quş qışlayacaq. Ümumilikdə təbiətdə göllərlə bağlı bu cür dəyişikliklər daim baş verdiyi üçün qışlayan quşlar da köç yerini dəyişirlər. Quşların qışlaması ilə bağlı böyük problemlərdən biri də İraqın keçmiş prezidenti Səddam Hüseyn tərəfindən bataqlıq göllərin qurudulmasından sonra yarandı. Həmin göllərdə qışlayan quşlar yersiz qaldıqları üçün ora-bura dağılmağa başladılar. Bəlkə bu səbəblərdəndir ki, ümumi dünya populyasiyalarında quşların sayının azalması baş verdi".

Bakının ətrafında da xeyli quşun qışladığını söyləyən alim bildirib ki, əvvəllər Ələt limanının tikildiyi ərazidə 60 min quş qışlayırdı:

"Lakin bu liman tikildikdən sonra həmin quşları orada görmürük. Liman tikintisi təbii ki, onları hürküdüb və onlar başqa yerə köçüblər".

E.Sultanov bildirib ki, Azərbaycana miqrasiya edərək burada qışlayan quşların sayı əsasən hava şəraitindən asılı olaraq dəyişir.
Digər ölkələrdə qış çox sərt keçdikdə Azərbaycana daha çox quşun gəldiyini deyən ornitoloq qeyd edib ki, tədqiqatlar aparılmadığı üçün ölkəyə miqrasiya edən quşların dəqiq sayı bilinmir. Lakin müşahidələrə əsasən, son 50-100 il ərzində Azərbaycana miqrasiya edən quşların sayının azaldığını söyləmək olar:

"Sözsüz ki, 50-100 il əvvəl Azərbaycana daha çox sayda quş miqrasiya edirdi. Bu, birbaşa dünyada baş verən iqlim prosesləri ilə bağlıdır".

Xəbər 1172 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +