İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


28.11.2018  15:02 

Cəlilabad müəllimləri qurultaydan xəbərsizdir





A+  A-

Cəlilabad rayon sakini, 30 ildən artıqdır müəllimliklə məşğul olan Bilal Alarli həmkarlarının bu gün öz işinə baslayan Azərbaycan Müəllimlərinin 15-ci qurultayından xəbərsiz olduğunu söyləyib.
XəzərNews.az xəbər verir ki, sosial şəbəkələrdə fəal olan B.Alarli maraqlı status paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik:

Bu sozləri yazmaya bilmərəm. Təhsil sistemində 30 ildən çox təcrübəm var. Bütün bu müddətdə Cəlilabad təhsilində ədalətli, qanunauyğun bir şey görmədim. Bu təhsil şöbəsi hansı prinsiplə işləyir? Müəllimlər günü ilə bağlı tədbirlərə direktorları, öz yaxın adamlarını, qohum-əqrabalarını dəvət edirlər. Öz işi, savadı, biliyi ilə fərqlənən müəllimlərin çoxu hələ də bilmir ki, orada, o Müəllimlər günündə nə iş görürlər? Oxuyurlar, oynayırlar, ya yeyib-içirlər? Elə bil, bunları yazılmamış qanunlar idarə edir. Müdirlər dəyişir, xislət dəyişmir. Respublika səviyyəli təlimlər, seminarlar, konfranslar, hətta gəzintilər təşkil olunur və bu tədbirlərə hər dəfə eyni adamlar göndərilir. Sanki bu rayonda həmin "pokazuxalardan" başqa kimsə yoxdur. Hamı qırılıb-çatılıb sanki! Amma elə deyil, qırılan Cəlilabad təhsilinə rəhbərlik edənlərin əqidəsi, mənliyi və dəyər vermə qabiliyyətidir. Dəyərli şəxslər dəyər verə bilər! Bu qədər dəyərsizləri Cəlilabad təhsilinin rəhbərliyinə kim toplayıb? Orda düşünmə qabiliyyətini itiriblərmi?
Bu gün Azərbaycan müəllimlərinin növbəti qurultayı keçirilir. Mən bu məlumatı iki gün bundan qabaq Fb səhifəmə qoyanda rayonun dəyərli müəllimləri təəccüblə soruşdular: Müəllim, doğrudan, 28 noyabrda müəllimlərin qurultayı olacaq?!
Təəccüb nədən yarandı? Çünki müəllimlərin qurultayı qəfildən, heç bir məlumat verilmədən, GESTAPO-nun gizli yığıncağı kimi keçirilir və buraya nümayəndələr məxfi şəkildə seçilib göndərilir. Budur təhsilə və təhsil adamlarına münasibət! "Bizimkilər" və özgələr prinsipi aparıcı mövqedədir. Özgələr hay-küy salsalar, onlara müxalifət damğası vurmaq, gözdən salmaq, bu da keçmədikdə yoxlama təşkil edib töhmət ilişdirmək!
Hara gedir bu millət? Bunun ziyalısı bu gündədirsə, xilas yolu düşünməyə dəyərmi?
Cəlilabad müəllimlərindən soruşuram: öncədən xəbəriniz oldumu qurultayın keçirilməsindən? Nümayəndələr haçan, harda, hansı prinsiplə seçildilər?!
Əlbəttə, mən bu gün Cəlilabad təhsili adından qurultayda iştirak edənləri gözdən salmıram, onlar da bizim kimi sıravi müəllimlərdir. Amma ortalıqda anlaşılmaz bir məqam var: Nə vaxtadək bu ayrı-seçkilik davam edəcək? Siz haçan fərqlənən müəllimlərə dəyər verəcəksiniz? Nə vaxtadək təhsili feodal təfəkkürü ilə idarə edəcəksiniz?
Və sonda: Dəyər verməyi bacarmayanlar özləri dəyərsiz insanlardır! Cəlilabad təhsilinə belə biabırçı şəkildə rəhbərlik edənlərin müəllimlərdən yüksək səviyyəli iş tələb etməyə haqları yoxdur. Əvvəl öz səviyyənizi qaldırın, qoy sizə sizin dəyər verə bilmədiyiniz müəllimlər tüpürməsinlər!

Xəbər 1237 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +