Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


02.11.2018  16:09 

Müşfiqin qalıqlarının bütün genetik müayinələri Azərbaycanda aparılacaq





A+  A-

Şair Mikayıl Müşfiqin qalıqlarının genetik müayinələrinin hamısı Azərbaycanda həyata keçiriləcək.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bu işlə məşğul olmağa başlayandan sonra müəyyən sənədləri və iş materiallarını toplayacaqlar:

”Bundan sonra qərar çıxarılacaq, suallar qoyulacaq və o qərar icra edilmək, eyni zamanda sümük qalıqları öyrənilmək üçün bizə veriləcək. Ola bilər ki, bizə verilən bir necə sümük, yaxud bütöv skelet, ya da bir necə şəxsə aid olan skelet qalıqları olsun. Mən bu barədə hələ heç nə deyə bilmirəm, çünki bizə hələ heç nə təqdim edilməyib”.

Ə.Həsənov qeyd edib ki, lazımi materiallar təqdim edildikdən sonra MTEPAB tərəfindən həmin qalıqların genetik müayinəsi aparılacaq:

“Daha sonra həmin müayinənin nəticələrinin müqayisə olunacağı şəxslər, yaxud meyit qalıqları bizə təqdim ediləcək. Həmin şəxs, yaxud şəxslər istintaq orqanları tərəfindən müəyyən ediləcək. Onlardan material, məsələn, yaşayan şəxsdirsə, qan götürüləcək və onun da genetikası öyrəniləcək, müayinələrin nəticələri tutuşdurulacaq”.

Ə.Həsənov əlavə edib ki, müayinələrin nəticələrinin açıqlanma vaxtını dəqiq demək mümkün deyil:

"Çünki hələ bilmirəm ki, bizə neçə skelet, sümük veriləcək, onların çürüməsi hansı vəziyyətdədir. Ancaq çalışacağıq ki, bu işləri maksimum dərəcədə tez yekunlaşdıraq”.

Xatırladaq ki, şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

Xəbər 1391 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +