Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


10.10.2018  15:24 

Bakı Nəqliyyat Agentliyindən ETİRAF





A+  A-

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sərnişindaşıma xidmətinin aşağı səviyyədə olduğunu bildirib və bu sahədəki problemlərin tez bir zamanda aradan qaldırılması göstərişlərini verib.
XəzərNews.az bildirir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab verib.

O qeyd edib ki, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir:

“Son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Daha 300 müasir və komfortlu, eyni zamanda iritutumlu avtobusların alınması ilə bağlı iş aparılır. Məqsədimiz, sərnişinlərimizə təhlükəsiz, keyfiyyətli və şəhərimizin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır. Lakin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezidentin də vurğuladığı kimi özəl sketorun bu sahədəki fəaliyyət özünü doğrultmadı. Baxmayaraq ki, dövlət tərəfindən bütün sahələrdə, o cümlədən sərnişindaşımada fəaliyyət göstərən sahibkarlar üçün sağlam mühit formalaşdırılıb”.

M.Ağayev deyib ki, bu gün daşıyıcıların böyük əksəriyyətinin istehsalat və maddi-texniki bazaları, avtobus parkı qoyulan tələblərə cavab vermir:

“Daşıyıcılara məxsus avtobusların 50 faizinin yenilənməsi zərurəti yaranıb. Marşrut xətləri üzrə fəaliyyət göstərən sürücülərin peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Sükan arxasında fiziki və psixoloji durumunda problemləri olan, eyni zamanda müvafiq sənədləri olmayan şəxslər əyləşir. Bütün bunlar isə sərnişindaşıma ilə məşğul olan daşıyıcıların işə məsuliyyətsiz yanaşmasının doğurduğu məntiqi nəticədir. Sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması üçün Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində zəruri olan bütün tədbirləri həyata keçirməkdədir. Bu işlər bundan sonra daha da sürətləndiriləcək.

Cənab prezidentin aprelin 2-də və iyulun 6-da imzaladığı müvafiq fərmanlar bu istiqamətdə başladığımız işlərin daha səmərəli təşkil edilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni alınacaq nəqliyyat vasitələrinin alınması marşrut xətlərinin bölgüsündə dövlət qurumunun payı əhəmiyyətli dərəcədə artırılacaq və bunun nəticəsində də işinə məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Dövlət başçımızın vurğuladığı kimi əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər”.

Xəbər 1483 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +