Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.09.2018  17:53 

131-in sürücüləri 3 gün boykot edib işə çıxmadılar





A+  A-

Bakıda “Koroğlu” metrostansiyası-Maştağa qəsəbəsi marşrutu üzrə sərnişindaşıma işə məşğul olan 131 saylı avtobus xəttinin sürücüləri 3 gün işə çıxmayıblar.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün marşrut xəttinin sonuncu dayanacağında olaraq sürücülərlə söhbətləşiblər.

Məlum olub ki, daşınmanı həyata keçirən şirkət son bir ay ərzində gündəlik plan haqqını 2 dəfəyə yaxın qaldırmaq istəyib. Yay aylarında plan 92 manat olsa da, təxminən 1 ay əvvəl şirkət gündəlik haqqı 135 manata artırıb. Bir neçə gün əvvəl isə daşıyıcının rəhbərliyi sürücüləri yığaraq planın 160 manat olduğunu açıqlayıb. Bu isə məktəblərin açılması və şagirdlərin daşınmasına görə sürücülərin qazancının artması ilə əsaslandırılıb.

131 saylı xəttin sürücüləri isə onların marşrutu üzərində məktəb olmadığını bildirirlər. Rəhbərlik geri addım atmadığı üçün bütün sürücülər 3 gün öncə baykot edərək işə çıxmayıblar. Buna görə də qəsəbədə yaşayan insanların hərəkət sistemi iflic vəziyyətə düşüb. Sakinlər saytımıza müraciət edərək problemin həlli üçün kömək istəyiblər.

Bakı Nəqliyyat Agentliyi bu gün qəsəbədə olaraq sürücülərlə söhbət edib, daha sonra isə rəhbərliklə sürücülər bir araya gətirilib, ortaq məxrəcə gəlinib.

Beləliklə, artıq gündəlik plan haqqı 145 manata razılaşdırılıb. Sürücülərin ödəməli olduğu plan yekunda yenə də 10 manat artırılmış olur. Bugünkü razılaşmadan sonra sürücülər günorta saatlarından etibarən sükan arxasına keçərək işə davam etməyə başlayıblar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti bütün gün ərzində zənglərimizə cavab verməyib. Agentliyin Ümumi Şöbəsi və İctimaiyyətlə Əlaqələr Şöbəsi isə bu barədə məlumat verməkdən imtina edib. Buna görə də bu marşrut üzrə daşınmanı həyata keçirən şirkətin adını öyrənmək mümkün olmayıb.

Xəbər 1327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +