Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.08.2018  09:15 

İnsan nə zaman arı sancmasından ölə bilər?





A+  A-

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, qəsəbənin korpus 8 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Nizami Mirzəyevi arı sancıb. Həmin şəxsin ailə üzvləri dərhal təcili yardım çağırıblar. Nizami Mirzəyevi xəstəxanaya çatdırmaq istəsələr də, 57 yaşlı kişi yolda keçinib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

İnsan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi?

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, toksikoloq Azər Maqsudov belə hadisələrə nadir hallarda rast gəlindiyini bildirir.

Həkimin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının neştərindəki zəhər deyil: "Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Belə halda da çox vaxt ölüm baş vermir. Ola bilər ki, arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olar, orada dil və ya digər yumşaq toxumaları sanca və şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur. Bizim şöbəyə arı sancması ilə bağlı müarciətlər edirlər. Lakin, heç bir halda ölüm halı olmayıb".

A.Maqsudov bildirib ki, arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir: "Arının neştərində zəhər həddindən artıq azdır. Bu zəhərin həm təsiri azdır, həm də miqdarı. Zəhərin kimyəvi tətkibi də biokimyəvi maddələrlə zəngin deyil. Bu prosesdə əsasən orqanizmin həssaslığı rol oynayır. İnsanın orqanizmi həssas olur, arı sancmasından şok yaşayır və bu da onun ölümünə səbəb ola bilər".

Şöbə müdiri bildirib ki, iyun-iyul aylarında toksikologiya şöbəsinə arı sancması ilə bağlı 4 nəfər müraciət edib: "Onlardan 3-ü iyun, 1 nəfər isə iyul ayında müraciət edib. Həmin şəxslərə lazımi tibbi xidmət göstərilərək evə buraxılıb. Əsasən arı insanları isti aylarda sancır".



Xəbər 1070 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +