İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


11.06.2018  14:54 

Qəssabxanalar rəsmi nəzarətə götürülür - Agentlikdən AÇIQLAMA





A+  A-

Agentlik tərəfindən əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə, iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar, Azərbaycan dövləti tərəfindən qəbul ediləcək qəraralar əsasında, tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək.
XəzərNews.azın məlumatına görə, bunu Modern.az-a açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev bildirib.

M.Piriyevin sözlərinə görə, müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsimi məntəqələri respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan təlabatı nəzərə alınmaqla sahibkarlar tərəfindən təşkili nəzərdə tutulub:

“Bu kəsim məntəqələrində hər hansı bir say məhdudiyyəti yoxdur. Bundan başqa, sanitariya-gigiyena norma və qaydaları, qida təhlükəsizliyi baxımıdan standartlara cavab verən ət kəsimi məntəqələrinə dair layihələr Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmalıdır.

Ölkə başçısının fərmanına əsasən, Agentlik qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir.

Sözügedən Fərmanın 9-cu hissəsinə əsasən, Agentlik qeyd olunan fəaliyyətlərin icrasına 1 iyul 2018-ci il tarixdən başlayacaq. Agentliyin tabeliyində gələcəkdə “Qida Təhlükəsizlik İnstitut”u publik hüquqi şəxsi fəaliyyət göstərəcək ki, həmin İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlanmasını həyata keçirəcək”.

Şöbə müdiri qeyd edib ki, Agentlik əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb:

“Monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərində məlumatlar çatdırılır”.

Xəbər 931 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +