İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


06.04.2018  10:58 

Xroniki virus: Herpes





A+  A-

Ən geniş yayılmış xroniki virus infeksiyalarından olan herpes yoluxucu xəstəliklər qəbiləsindəndir, əsasən də ilin soyuq aylarında özünü daha qabarıq şəkildə biruzə verir. Virus insan orqanizmində özünə yuva qurduqdan sonra, əsasən ağız, dodaq və burun ətrafında suluqlu yaralar əmələ gətirir ki, bu yaralara da uçuq deyilir. Tibbi dildə herpes simplex adı verilən bu virusun yaranmasının başlıca səbəbi insan orqanizmində müqavimətin son dərəcə zəif olmasıdır. Dəyişkən havada (isti günlər soyuq günlərlə növbələşdikdə və əksinə) doqaqlarda herpes səpgiləri olan insanların sayı çoxalır.
Etiraf etməliyik ki, insanların əksər hissəsi bu infeksiya haqda demək olar ki, tamam xəbərsizdirlər, bir çoxlarının isə herpeslə bağlı yanlış məlumatları vardır. Ona görə də herpesə yoluxanların sayı ağlagəlməyəcək dərəcədə çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə dərc olunmuş məlumatlarına əsasən, dünya əhalisinin 70 faizə yaxını herpes virusunun daşıyıcısıdır.
Herpes özünü bütün yaş dövrlərində fərqli formalarda göstərə bilir. Uçuq çıxacaq nahiyədə təqribən 24 saat əvvəl qaşınma, qızarma, yanma hiss olunur, daha sonra bu əlamətləri şişmə və sulu qabarlar əvəzləyir. Bəzən sual olunur ki, herpes (uçuqlama) həqiqətən də yolxucudurmu? Bu, nə qədər acı olsa da, reallıqdır: herpes yolxucu bir xəstəlikdir. Ona görə də uçuğu olan birisinin istifadə etdiyi əşyalardan (dəsmal, qab-qaşıq və s.) istifadə etmək, onunla öpüşmək bu virusa yoluxma ilə nəticələnə bilər. Cinsi yolla da bu virusu qazanmaq mümkündür. Həmçinin, körpə doğuş yollarından keçdikdə anadan da yoluxa bilər. Unutmayaq ki, xəstəliyin kəskinləşməsi körpənin yoluxma riskini artırmış olur.
Insanlar arasında belə bir fikir dolaşır ki, herpes (uçuq) soyuqdəymənin əlamətlərindən biridir və keçici xarakterə malik deyil. Bu fikir kökündən yalnışdır, çünki herpes müstəqil və yolxucu xəstəlik növüdür. Sadəcə, bu virus soyuqlama, yüksək hərarət, bəzən isə güclü stress, hədsiz yorğunluq, yuxusuzluq, hormonal dəyişiyliklər və immunitetin hansısa səbəblərdən zəifləməsi nəticəsində daha da kəskinləşə bilər. Uçuğu olanların, əsasən, bir neçə vacib şərtə əməl etmələri məsləhət görülür: uçuğa toxunulmamalı, toxunulduğu halda əllər təmiz yuyulmalıdır; uçuğa toxunulan əllə gözə toxunmaq olmaz; insanlarla, xüsusən də körpələrlə yaxın təmasdan çəkinilməlidir; yuxarıda vurğulandığı kimi, uçuqlu insanın istifadə etdiyi əşyalardan istifadə yolverilməzdir; uçuq yarasının qabığı ilə oynanılmamalıdır.
Bununla yanaşı, herpesin müalicəsi mümkündür. Virusun yayılma dərəcəsindən və insan orqanizmlərinin fərqliliyindən asılı olaraq müalicə müddəti də təbii olaraq dəyişə bilər. Uçuğun qarşısını almaq üçün ilk növbədə onun yaranma hallararını (stress halından çıxmaq, dincəlmək, yatmaq və s.) aradan qaldırmaq məsləhət görülür. Uçuğun üzərindəki bakteriya infeksiyasının yayılmasının qarşısını almaq üçün həkim-dermoveneroloqların məslət bildiyi dərmanlardan istifadə etmək daha düzgün seçim kimi dəyərləndirilməlidir. Sadəcə, qeyd etmək istərdik ki, bu gün herpesə qarşı olduqca effektiv mazlar vardır ki, istifadə olunduqda birbaşa virusa təsir göstərir və uçuqlamaların qarşısını alır. Bu mazlar həmçinin, dərinin zədələnməməsində də təsirli vasitələrdən biri hesab olunur. Onu da nəzərə almalıyıq ki, bu virusdan heç kəs nə sığortalanmayıb, nə də bu virusa yoluxanlardan kimsə belə bir əminlik ifadə edə bilməz ki, müalicə alıb tam sağaldıqdan sonar o təkrarən bir daha herpesin girovuna çevrilməyəcəkdir. Bu, elə bir virusdur ki, insan orqanizmində ömür boyu onunla birgə yaşayır, onu daim təqib edir – bədən müqavimətinin zəiflədiyini hiss etdikdə anındaca özünü göstərəcəkdir.
Böyüklər herpesə çox vaxt “uçuqdur” deyərək əhəmiyyətsiz yanaşsalar da, kiçik yaşlı uşaqlar və hamilə qadınlar üçün bu, hətta xoşagəlməz nəticələr doğura bilər (Qadında bu xəstəliyin olması gələcək uşağın normal formalaşmasına mane ola və hamiləliyin gedişini ağırlaşdıra bilər). Ona görə də herpesə sıradan bir virus kimi əhəmiyyətsiz yanaşmaq, bununla da sağlamlığımızı taleyin ümidinə buraxmaq yolverilməzdir.


Zaur Nuriyev
Resp. Dəri-Zöhrəvi Dispanserinin həkim-dermatoveneroloqu




Xəbər 4082 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +