Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.10.2017  11:43 

“Müştərilərimi qaçırırsınız” - Fərhad Qəribovun oğlu





A+  A-

Dünən saytımızda iş adamı Fərhad Qəribovun oğlu Zöhrab Qəribovun Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən məhkəməyə verilməsi barədə yazı dərc olunub. Belə ki, AMB 2007-2008-ci illərdə Z.Qəribova məxsus “Debüt Bank”a verilən 7 milyon manatdan kreditdən qalan təxminən 4 milyon borca görə Səbail rayon məhkəməsinə müraciət edib. Mərkəzi Bank həmin zaman kreditlər üçün yüklü edilən Əhməd Rəcəbli 38a ünvanında yerləşən obyektin hərraca çıxarılaraq satılmasını və əldə edilən puldan ödənilməsini istəyib. Məhkəmə də iddianı təmin edib. Həmin ünvanda da Qəribovlara məxus məşhur “Şəki” restoranı yerləşir.
Restoranın sahibi Zöhrab Qəribov bu gün “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə münasibət bildirib. O qeyd edib ki, hazırda “Şəki” restoranı fəaliyyətini davam etdirir və satışa çıxarılmayacaq: “Səbail məhkəməsinin qərar verməsi hələ obyektin satılacağı demək deyil. Mənim heç 1 manat da kredit borcum yoxdur. Heç bir obyekti də girov qoymamışam, bu işlərdən mənim xəbərim olmayıb. Sözügedən obyekt də “Şəki” restoranı deyil. Bizim restoranımız işləyir, “Şəki” 3 min kvadratdır, 640 kvadrat olan yer “Şəki”nin böyründə boş obyektdir.

Əgər mənə sübut etsələr ki, ordan pul götürmüşəm, yenə də bu proses hələ 1 il yarım davam edəcək. İcraçı gəlib obyekti bağlayır, sonra satışa çıxarılır. Siz indidən yazırsız, mənim müştərilərim də narahat olur, zəng edib soruşurlar. Siz mənim müştərilərimi qaçırırsız. Dövlətin xaricdən gələn qonaqlarının hamısını biz qarşılayırıq, yüksək səviyyədə qulluqlarında dururuq. Mərkəzi Bank bizi məhkəməyə verib, bunu bank bilər, məhkəmə bilər, mən bilərəm. Siz niyə camaatın çörəyinə bais olursuz? Mən balaca sahibkar deyiləm, min nəfərdən çox işçim var. Milli Bank vətəndaşa kredit vermir axı. Banka kredit verib, onu da bank bilər, onlar bilər. Məni niyə qatırsız söhbətə? Nə olsun ki, cavabdehəm, mənə sübut edə bilmirlər axı. Məhkəmə indi onların xeyrinə qərar verib, görək sonda kimin xeyrinə qərar çıxacaq. Məsələnin sonunu gözləyin”.

Z.Qəribov əlavə edib ki, Bakı Apellyasiya Məhkəməsi hələ iş üzrə qərar verməyib, sonuncu iclasda proses təxirə salınıb. Lakin BAM-ın saytında iş üzrə artıq qərarın verildiyini qeyd edilib. Oktyabrın 19-da hakim Vüsalə Baxışovanın qərarı ilə Səbail rayon məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb.

Xəbər 1469 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +