İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


02.06.2017  14:07 

Messencerlərin taleyi necə olacaq?





A+  A-

“WhatsApp, Facebook, Skype, Viber və s. bu tip resurslara məhdudiyyətlər hələ də davam edir. Heç bir rəsmi açıqlama da yoxdur. Nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, nə də xüsusi xidmətlər hər hansı açıqlama verməyiblər”.
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb. O bildirib ki, qeyri-rəsmi məlumatlara görə, bu, təhlükəsizlik məqsədilə edilib:

“Anlaşılandır, xüsusilə də beynəlxalq tədbirlərin keçirildiyi zamanda. Tədbirlər də artıq başa çatıb. İndi nə baş verəcək? Hamını maraqlandıran bir sual var ki, görəsən, bu messencerlər birdəfəlikmi bağlanacaq?

Əgər həqiqətən də təhlükəsizlik məqsədilə bağlanıbsa, onda güman ki, bizim xüsusi xidmətlər başqa ölkələrdə olduğu kimi, adıçəkilən qurumlara əməkdaşlıq və serverlərini burada yerləşdirməyi təklif edəcəklər.

Onların buna münasibəti necə olacaq? Məlumdur ki, bu tip qlobal resurslarda ikili standartlar da var, onların balaca ölkələrlə münasibətləri korrekt deyil, biznes maraqları da yoxdur. Əgər əməkdaşlıq baş tutmasa, onlar serverlərini bura gətirməsələr, bu resurslara giriş qapalımı olmalıdır?

Düşünürəm ki, bu da normal hal deyil. Belə olan halda vətəndaşların, həmçinin ölkəyə gələn turistlərin informasiya münasibətləri necə olacaq, bu tip resurslar üzərində müxtəlif xidmətlər təklif edənlərin, biznes quranların taleyi necə olacaq?

Bu, həm də ölkənin beynəlxalq imcinə də ciddi təsir edən amillərdəndir. Yəqin ki, bu vəziyyət artıq Azərbaycanla bağlı beynəlxaq hesabatlarda mənfi hal olaraq özünə yer tapıb.

Beynəlxalq danışıqların, mobil operatorların danışıq tariflərinin yüksək olduğu bir zamanda bu cür qadağalar vətəndaşlara ciddi maddi ziyan da vurur. Bu prosesdə maraqlı tərəflər, biznes maraqları olanlar, bloklanmadan xeyir qazananlar da məlumdur.

Güman ki, bloklamadan sonra telefon danışıqlarının həcmi artıb və bu səs trafikinin yüksəlməsi hesabına, rouminq və beynəlxalq danışıqlar hesabına NRYTN (AzİnTelecom), Azercell, Bakcell və NAR gəlirlərini xeyli artıra biliblər. Bu qurumlar həmişə maraqlı olacaqlar ki, bloklanma daimi olsun.

Düşünürəm ki, hökumət bu problemin vətəndaşların normal informasiya münasibətlərinə zərər vermədən həllinə diqqət yetirməlidir. Bu problem maraqlı tərəflərin iştirakı ilə müzakirə olunmalıdır.

Fikrimcə, vətəndaşların maraqlarına toxunan bu tip bloklanmadan sonra, hökumət heç olmasa dərhal və heç düşünmədən beynəlxalq danışıq tariflərini, mobil operatorlar da rouminq tariflərini azalda bilərdilər.

Ümumiyyətlə, fikrimcə indiki zamanda bloklama həll variantı deyil. Məlum “soyuq müharibənin” texnoloji variantına oxşar olan bu addımların sonda effektiv olacağını düşünmürəm. Digər müxtəlif həll variantları ola bilər”.

(qafqazinfo.az)

Xəbər 967 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +