Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.04.2017  16:17 

Nikah və boşanmaların ən çox olduğu yerlər





A+  A-

Azərbaycanda daha çox nikah və boşanma qeydə alınan şəhərlərin adları açıqlanıb.
Bu haqda XəzərNews.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə qeydə alınan 66771 nikahadaxilolma halından ən çoxu Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Cəlilabad və Masallı rayonlarında qeydə alınıb:
“Müvafiq olaraq Bakıda 16 811, Sumqayıtda 2592, Gəncədə 2006, Cəlilabadda 1531 və Masallıda 1394 nikah bağlanıb”.

L.Kərimova qeyd edib ki, 13 114 boşanma halından ən çoxu Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Ağdam və Tovuz rayonlarında qeydə alınıb:

“Müvafiq olaraq Bakıda 4369, Gəncədə 733, Sumqayıtda 608, Ağdamda 377 və Tovuzda 313 boşanma faktı qeydə alınıb”.

Xəbər 1010 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +